Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
13 Sentyabr 2026, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
462
17.05.2024, 12:20
Ötən il insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olub.
Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətər Dövlətində, 3-ü İran İslam Respublikasında, 1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalıb.
Qurbanlardan 6-ı 18-25 yaş arası, 50-i 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-i respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci illərdə, 17-i isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub.
İnsan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb. Qurbanlardan 90 (-4) nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 68 (-6) nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin ediliblər.
Konkret olaraq, insan alverinin 14 qurbanı pеşə kurslаrınа yönəldilib, 10 nəfəri işlə təmin еdilib, 2 əcnəbi qurbana Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsində, 8 qurbana şəxsiyyət vəsiqəsi alınmasında, 1 qurbana cərrahiyyə əməliyyatı keçirməkdə, 3 qurbana tibbi müalicə, 11 qurbana ünvanlı sosial yardım almaqda kömək edilib.
Daha 34 qurbanın аilələrinə qаyıdışı təmin olunmuş, insan alveri cinayətindən zərərçəkməsi ehtimal edilən bir şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitiasiya müəssisəsi”nə yerləşdirilib.
08:58 / 13 Sentyabr 2026
1
08:35 / 13 Sentyabr 2026
38
08:07 / 13 Sentyabr 2026
92
00:51 / 13 Sentyabr 2026
95
00:35 / 13 Sentyabr 2026
540
00:14 / 13 Sentyabr 2026
1295
00:06 / 13 Sentyabr 2026
507
23:49 / 12 Sentyabr 2026
107
23:38 / 12 Sentyabr 2026
189
23:34 / 12 Sentyabr 2026
152
23:31 / 12 Sentyabr 2026
100
22:35 / 12 Sentyabr 2026
108
22:31 / 12 Sentyabr 2026
90
22:26 / 12 Sentyabr 2026
172
22:25 / 12 Sentyabr 2026
303
22:22 / 12 Sentyabr 2026
119
22:14 / 12 Sentyabr 2026
120
22:13 / 12 Sentyabr 2026
880
22:02 / 12 Sentyabr 2026
1057
21:52 / 12 Sentyabr 2026
208
21:34 / 12 Sentyabr 2026
418
21:25 / 12 Sentyabr 2026
4728
21:20 / 12 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.