Sentyabrın 14-də gözlənilən hava ilə bağlı xəbərdarlıq
13 Sentyabr 2026, 12:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
402
15.05.2024, 15:20
Qabiliyyət imtahanlarına qeydiyyat başlanır.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu), tam (11 illik) orta və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 15-dən 29-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq:
- teatr, kino və xoreoqrafiya sənəti;
- musiqi sənəti;
- təsviri sənət;
- bədən tərbiyəsi və idman.
Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar mayın 14-də ildə nəşr olunan qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.
Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.
- Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 30 iyun tarixində keçiriləcək Azərbaycan dili imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar.
- Aprelin 21-də və mayın 5-də keçirilmiş qəbul (buraxılış) imtahanlarında iştirak etmiş abituriyentlər nəticələr elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə biləcəklər.
- Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 27-dək DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər. Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların qeyd olunan tarixdən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar. Daha sonra subbakalavrlar 29 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər. Yəni onlar əvvəlcə “Subbakalavrın elektron ərizə”sini təsdiq edib sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.
Xüsusi qabiliyyət imtahanı ilə bağlı məlumatlarla elanın tam mətnində buradan tanış olmaq mümkündür.
13:02 / 13 Sentyabr 2026
14
12:55 / 13 Sentyabr 2026
26
12:21 / 13 Sentyabr 2026
193
12:19 / 13 Sentyabr 2026
57
12:10 / 13 Sentyabr 2026
64
11:54 / 13 Sentyabr 2026
141
11:46 / 13 Sentyabr 2026
68
11:41 / 13 Sentyabr 2026
128
11:30 / 13 Sentyabr 2026
102
11:00 / 13 Sentyabr 2026
86
10:39 / 13 Sentyabr 2026
529
10:29 / 13 Sentyabr 2026
129
10:26 / 13 Sentyabr 2026
107
10:15 / 13 Sentyabr 2026
80
10:11 / 13 Sentyabr 2026
118
10:02 / 13 Sentyabr 2026
799
09:50 / 13 Sentyabr 2026
110
09:19 / 13 Sentyabr 2026
466
08:58 / 13 Sentyabr 2026
1072
08:35 / 13 Sentyabr 2026
122
08:07 / 13 Sentyabr 2026
355
00:51 / 13 Sentyabr 2026
108
00:35 / 13 Sentyabr 2026
670
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.