Qaynar xətt:

(+99450) 247 90 86

Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ

Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ

CƏMİYYƏT

313

14.05.2024, 20:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.

OXU24.COM  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

Qurum rəsmisi bildirib ki, Suriya nömrəsi ilə zəng edən naməlum şəxs qarşı tərəfə yalan vəd verməklə bank kartında olan pulunu ələ keçirib:

“Deyiblər ki, 1 milyon 700 min dollar pul var, onu Azərbaycana köçürə bilmirik. Bank kart məlumatlarını bizə verin, ora göndərək, 700 min sizin olacaq. Sizinlə orada əlaqə saxlanılıb 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, beş saniyə ərzində bank kartında olan 7 377 manat pul çıxarılıb”.

E.Hacıyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb.