Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvanda fərdi yaşayış evlərini su basıb

Naxçıvanda fərdi yaşayış evlərini su basıb

CƏMİYYƏT

297

14.05.2024, 14:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Muxtar respublika ərazisində yağıntılı hava şəraiti hökm sürür. Naxçıvan şəhərinə və ətraf rayonlara leysan yağıb, şimşək çaxıb, dolu düşüb.

Oxu24.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb.

Nazirliyin qüvvələri ərazilərə cəlb olunub, suyun çəkilərək kənarlaşdırılması təmin edilir.