Qaynar xətt:

(+99450) 247 90 86

Fransada Natəvanın vandalizmə məruz qalan heykəli bərpa olundu - FOTO

Fransada Natəvanın vandalizmə məruz qalan heykəli bərpa olundu - FOTO

CƏMİYYƏT

454

10.05.2024, 23:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransanın paytaxtı Parisdə XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub.

OXU24.COM  xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində baş tutan açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı siyasətçılər, iş adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Leyla Abdullayeva Azərbaycanın dahi şairəsinin həyat və yaradıcılığından danışıb. Səfir heykəlin Fransanın Evan Le Bən şəhərində uğradığı vandalizm haqqında qonaqlara məlumat verib.

Heykəlin açılış mərasimində Bakıda anadan olmuş Rusiyada, daha sonra Fransada yaşayıb fəaliyyət göstərən opera ustası Timur Abdikiyev Azərbaycan klassik musiqisindən parçalar ifa edib.