Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Baş  Prokurorluq açıqlama yaydı

SON DƏQİQƏ! Baş  Prokurorluq açıqlama yaydı

CƏMİYYƏT

371

07.05.2024, 15:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, hadisə mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində qeydə alınıb.

 

Belə ki, iki nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

 

Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.