Tələbələr kirayə ev üçün bu ünvanlara üz tutur – SƏRFƏLİ QİYMƏTLƏR
15 Sentyabr 2026, 02:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
03.05.2024, 11:36
Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb.
Oxu24.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün keçirilən forumla Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
"Belə platformanı yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək göstərilməsi, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Forum iştirakçıları panel sessiyalarda gündəlik fəaliyyətlərində ortaya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar. İctimai rəydə dezinformasiya vakumunun yaranmaması, ölkəmizin informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır.
Media islahatlarının hüquqi bünövrəsini möhkəmləndirən “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, eyni zamanda, bu istiqamətdə atılmış sistemli addımlar ölkəmizin media mühitinin sağlamlaşdırılması, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalist peşəkarlığının artırılması baxımından yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Azərbaycan mediası öz işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda, jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır və Medianın İnkişafı Agentliyi də öz növbəsində mediadan gələn bütün təşəbbüslərə həssas yanaşaraq, onları dəyərləndirərək həyata keçməsini dəstəkləyir. Bu baxımdan “İctimai proseslər media müstəvisində” mövzusuna həsr etdiyimiz Forumun ölkəmizin media gündəminin formalaşdırılmasına töhfə verəcəyinə inanırıq", - Agentlik rəhbəri bildirib.
02:04 / 15 Sentyabr 2026
13
00:04 / 15 Sentyabr 2026
98
23:50 / 14 Sentyabr 2026
149
23:31 / 14 Sentyabr 2026
58
23:13 / 14 Sentyabr 2026
85
22:51 / 14 Sentyabr 2026
119
22:40 / 14 Sentyabr 2026
93
22:25 / 14 Sentyabr 2026
213
22:16 / 14 Sentyabr 2026
90
22:13 / 14 Sentyabr 2026
233
22:03 / 14 Sentyabr 2026
88
21:59 / 14 Sentyabr 2026
160
21:48 / 14 Sentyabr 2026
66
21:39 / 14 Sentyabr 2026
65
21:33 / 14 Sentyabr 2026
78
21:28 / 14 Sentyabr 2026
88
21:11 / 14 Sentyabr 2026
81
20:58 / 14 Sentyabr 2026
869
20:42 / 14 Sentyabr 2026
192
20:34 / 14 Sentyabr 2026
520
20:19 / 14 Sentyabr 2026
77
20:10 / 14 Sentyabr 2026
209
19:55 / 14 Sentyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.