Tələbələr kirayə ev üçün bu ünvanlara üz tutur – SƏRFƏLİ QİYMƏTLƏR
15 Sentyabr 2026, 02:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
02.05.2024, 15:00
Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihənin icrasına başlanılıb.
Oxu24.com xəbər verir ki, “Koroğlu” metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə məntəqəsinin yaradılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
Sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün icrasına başlanılan layihəni zəruri edən bir neçə amil var. Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” metrostansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt itkisidir. Eyni zamanda metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır.
Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.
Beləliklə, görüləcək işlər çərçivəsində:
- metrostansiyasının cənub çıxışında (Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq;
- minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;
- taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;
- elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.
.jpg)
02:04 / 15 Sentyabr 2026
13
00:04 / 15 Sentyabr 2026
98
23:50 / 14 Sentyabr 2026
149
23:31 / 14 Sentyabr 2026
58
23:13 / 14 Sentyabr 2026
85
22:51 / 14 Sentyabr 2026
119
22:40 / 14 Sentyabr 2026
93
22:25 / 14 Sentyabr 2026
213
22:16 / 14 Sentyabr 2026
90
22:13 / 14 Sentyabr 2026
233
22:03 / 14 Sentyabr 2026
88
21:59 / 14 Sentyabr 2026
160
21:48 / 14 Sentyabr 2026
66
21:39 / 14 Sentyabr 2026
65
21:33 / 14 Sentyabr 2026
78
21:28 / 14 Sentyabr 2026
88
21:11 / 14 Sentyabr 2026
81
20:58 / 14 Sentyabr 2026
869
20:42 / 14 Sentyabr 2026
192
20:34 / 14 Sentyabr 2026
520
20:19 / 14 Sentyabr 2026
77
20:10 / 14 Sentyabr 2026
209
19:55 / 14 Sentyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.