Qaynar xətt:

(+99450) 247 90 86

Sabunçuda gölməçədən kişi meyiti tapıldı

Sabunçuda gölməçədən kişi meyiti tapıldı

CƏMİYYƏT

305

01.05.2024, 16:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda neft məhsullarının tullantıları olan gölməçədə kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Oxu24.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.