Bir aydır çökən yolu düzəltmirlər - Bu dəfə maşın düşdü - Video
06 May 2026, 00:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
357
19.03.2024, 15:39
Bəzi müəssisələr bayram günlərində əməkdaşları işə cəlb edir. Bu qərar rəhbəliklə işçi arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir. Belə olduqda həmin işçiyə əmək haqqının hansı qaydada ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, belə hallarda Əmək Məcəlləsinə əsasən işçiyə ikiqat əmək haqqı verilməsi nəzərdə tutulub:
"Bayram günlərində və digər qeyri-iş günlərində işləyən işçiyə ikiqat əmək haqqı hesablanır. Bu, Əmək Məcəlləsində öz əksini tapıb. Əvvəllər bununla bağlı Həmkarlar İttifaqının razılığı lazım idi, indi isə bir çox qurumda Həmkarlar İttifaqı olmadığı üçün buna ehtiyac yoxdur. İşçinin könüllü razılığı ilə o bayram günlərində işə cəlb olunur və ona maaşın iki qatı ödəniş olunur".
Hüquqşünas bu qaydanı tətbiq etməyən müəssisələrin Əmək Məcəlləsinin tələblərini pozduğunu qeyd edib:
Həmçinin oxuyun
"İş növbəlidirsə, ikiqat hesablanma tətbiq olunmur. Bu işçi və işəgötürən arasında imzalanan əmək müqaviləsində də öz əksini tapır. Ancaq iş növbəli deyilsə və əmək müqaviləsində nəzərdə tutulmayıbsa, lakin həmin vaxtın tələbinə uyğun olaraq işçi növbəyə cəlb olunursa, o zaman ikiqat hesablanır. Bu cür hallar qarşılıqlı razılaşma ilə həll olunur. Birmənalı olaraq müəssisə əgər bayram günlərində işləyən işçilərinə ikiqat əməkhaqqı verilməsini təmin etmirsə, Əmək Məcəlləsinin tələblərini pozmuş olur".
00:53 / 06 May 2026
35
00:21 / 06 May 2026
192
23:52 / 05 May 2026
55
23:34 / 05 May 2026
70
23:27 / 05 May 2026
55
23:24 / 05 May 2026
55
23:20 / 05 May 2026
48
23:12 / 05 May 2026
153
23:03 / 05 May 2026
102
22:58 / 05 May 2026
53
22:51 / 05 May 2026
49
22:48 / 05 May 2026
55
22:42 / 05 May 2026
60
22:37 / 05 May 2026
83
22:29 / 05 May 2026
505
22:27 / 05 May 2026
281
22:23 / 05 May 2026
260
22:20 / 05 May 2026
218
22:18 / 05 May 2026
61
22:04 / 05 May 2026
1162
21:59 / 05 May 2026
82
21:41 / 05 May 2026
70
21:39 / 05 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.