DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
342
17.03.2024, 17:30
Ramazan ayında oruc tutmaq İslamın beş sütunundan biridir.
OXU24.COM bildirir ki, bu, yetkin və sağlam müsəlmanlar üçün vacib sayılır. Həddindən artıq susuzluq hissinin qarşısını almaq və orucu sağlam şəkildə tamamlamaq üçün alimlər müsəlmanlar üçün mühüm məsləhətlər veriblər.
1. İmsakda bol su içməyin. Bunun əvəzinə iftar və imsak arasında çox su içmək daha məsləhətdir.
2. Nə içək? İftarda çox soyuq su içməkdən çəkinmək lazımdır, çünki bu zaman mədə-bağırsaq sistemində kapilyarlar daralır və yeməklərin həzmi çətinləşir. Tərkibində süni rəngləyicilər olmayan içkilər içmək məsləhətdir. Belə təbii içkilər bədəni nəmləndirir və maye itkisini kompensasiya edir.
3. Duzdan çəkinin. Turşu və duzlu balıq kimi qidalardan, həmçinin mədənin turşuluğunu artıran və bununla da bədənin maye ehtiyacını, həmçinin susuzluq hissini artıran ədviyyatlardan uzaq durun.
4. Meyvələr. Alimlər, həmçinin imsak zamanı uzun müddət bağırsaqlarda qalan, aclıq və susuzluq hisslərini azaldan, tərkibində lif və su olan meyvələr yeməyi tövsiyə edirlər.
Ətraflı
5. Kofeinə "yox" deyin. Sidikqovucu xüsusiyyətlərinə görə kofe və sərinləşdirici içkilər kimi tərkibində kofein olan mayelərdən uzaq durun, çünki kofein orqanizmin tez su itirməsinə səbəb olur.
6. Tərəvəz yeyin. Xiyar, pomidor kimi tərəvəzlər yeyin, çünki onlar susuzluğu yatırır və bədəni sərinləşdirir, əsəb gərginliyini aradan qaldırmağa kömək edir. Onların tərkibində həzmi asanlaşdıran, toksinləri çıxaran və bağırsaqları təmizləyən sellülozlu qida lifləri var.
7. İmsakı gecikdirin. Gündüz susuzluğa tab gətirmək üçün imsakı mümkün olan ən gec vaxta qədər təxirə salın. Orqanizmin susuzlaşmasının qarşısını almaq üçün qida rasionunda şirniyyatların miqdarı azaldılmalıdır.
7. Ürək-damar sisteminin sağlamlığını qorumaq üçün təzyiqi artıra bilən içkilərdən qaçın. Şəkər xəstələri tərkibində yüksək miqdarda şəkər olan şirələr və içkilər qəbul edərkən daha diqqətli olmalıdırlar.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.