Milli Məclis mühüm məsələləri müzakirəyə çıxarır
21 Sentyabr 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
349
27.02.2024, 11:27
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
\İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) olub. Agentlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. VXSİDA informasiya sistemlərini tam olaraq “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
11:31 / 21 Sentyabr 2026
17
11:28 / 21 Sentyabr 2026
22
11:19 / 21 Sentyabr 2026
32
11:17 / 21 Sentyabr 2026
38
11:15 / 21 Sentyabr 2026
29
11:00 / 21 Sentyabr 2026
31
10:55 / 21 Sentyabr 2026
38
10:34 / 21 Sentyabr 2026
234
10:28 / 21 Sentyabr 2026
61
10:26 / 21 Sentyabr 2026
57
10:20 / 21 Sentyabr 2026
59
10:18 / 21 Sentyabr 2026
70
10:14 / 21 Sentyabr 2026
60
10:08 / 21 Sentyabr 2026
291
10:06 / 21 Sentyabr 2026
157
09:56 / 21 Sentyabr 2026
60
09:55 / 21 Sentyabr 2026
57
09:53 / 21 Sentyabr 2026
62
03:01 / 21 Sentyabr 2026
356
23:42 / 20 Sentyabr 2026
133
23:22 / 20 Sentyabr 2026
113
23:22 / 20 Sentyabr 2026
129
22:50 / 20 Sentyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.