Qaynar xətt:

(+99450) 247 90 86

Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

CƏMİYYƏT

448

26.02.2024, 19:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

"OXU24.COM "un Şimal bürosunun məlumatına görə, bu vəzifəni Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri Kamil Hacıyev icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin edilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, fevral ayının 23-də xitam verilib.