“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”
21 Sentyabr 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
455
26.02.2024, 01:06
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 32 il ötür.
Oxu24.com-un məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.
1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
Hazırda 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
14:30 / 21 Sentyabr 2026
2
14:15 / 21 Sentyabr 2026
71
14:05 / 21 Sentyabr 2026
27
13:57 / 21 Sentyabr 2026
87
13:52 / 21 Sentyabr 2026
86
13:45 / 21 Sentyabr 2026
42
13:43 / 21 Sentyabr 2026
34
13:40 / 21 Sentyabr 2026
43
13:26 / 21 Sentyabr 2026
763
13:23 / 21 Sentyabr 2026
130
13:20 / 21 Sentyabr 2026
53
13:16 / 21 Sentyabr 2026
63
13:15 / 21 Sentyabr 2026
66
13:00 / 21 Sentyabr 2026
55
12:53 / 21 Sentyabr 2026
171
12:43 / 21 Sentyabr 2026
70
12:42 / 21 Sentyabr 2026
54
12:36 / 21 Sentyabr 2026
55
12:34 / 21 Sentyabr 2026
63
12:25 / 21 Sentyabr 2026
67
12:21 / 21 Sentyabr 2026
1214
12:20 / 21 Sentyabr 2026
65
12:17 / 21 Sentyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.