3-cü kurs tələbəsi vəfat etdi
21 Sentyabr 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
348
23.02.2024, 19:05
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində fəaliyyətə başlayan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi öz töhfəsini verməyə davam edir. Belə ki, layihə çərçivəsində Kapital Bank və “Access Bank”ın baş ofislərindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Bravo” supermarketlər şəbəkəsinin “Gənclik Mall” filialından, “Landau” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq istifadəyə yararsız elektrik batareyası toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.
Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv olur. Nəticədə tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.
Bu səbəbdən də “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.
Layihə çərçivəsində Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, market şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə ümumilikdə təhvil qutuları yerləşdirilib. Layihə çərçivəsində bu günədək 1362 kq işlənmiş batareya təhvil alınıb.
Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
20:10 / 21 Sentyabr 2026
5
19:44 / 21 Sentyabr 2026
33
19:28 / 21 Sentyabr 2026
36
19:18 / 21 Sentyabr 2026
40
19:08 / 21 Sentyabr 2026
43
18:52 / 21 Sentyabr 2026
41
18:45 / 21 Sentyabr 2026
61
18:26 / 21 Sentyabr 2026
107
18:26 / 21 Sentyabr 2026
63
17:25 / 21 Sentyabr 2026
84
17:23 / 21 Sentyabr 2026
140
17:10 / 21 Sentyabr 2026
241
17:00 / 21 Sentyabr 2026
133
16:44 / 21 Sentyabr 2026
704
16:40 / 21 Sentyabr 2026
86
16:34 / 21 Sentyabr 2026
82
16:30 / 21 Sentyabr 2026
79
16:27 / 21 Sentyabr 2026
64
16:19 / 21 Sentyabr 2026
84
16:01 / 21 Sentyabr 2026
624
15:48 / 21 Sentyabr 2026
98
15:47 / 21 Sentyabr 2026
92
15:45 / 21 Sentyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.