Hava ilə bağlı AÇIQLAMA
28 Noyabr 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
864
23.02.2024, 17:14
Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs məsuliyyətə cəlb olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Mirdaməd Əzizovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək sözügedən qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş çoxsaylı vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyi barədə yalan vədlər verib saxta sənədlər təqdim etməklə həmin şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Qeyd edilən şəxsin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.
12:05 / 28 Noyabr 2026
1
11:50 / 28 Noyabr 2026
61
11:21 / 28 Noyabr 2026
97
11:13 / 28 Noyabr 2026
91
10:46 / 28 Noyabr 2026
155
10:39 / 28 Noyabr 2026
258
10:29 / 28 Noyabr 2026
106
10:25 / 28 Noyabr 2026
239
10:18 / 28 Noyabr 2026
109
10:10 / 28 Noyabr 2026
109
09:37 / 28 Noyabr 2026
392
09:26 / 28 Noyabr 2026
127
09:24 / 28 Noyabr 2026
119
02:18 / 28 Noyabr 2026
237
01:49 / 28 Noyabr 2026
238
01:11 / 28 Noyabr 2026
228
23:59 / 27 Noyabr 2026
247
23:54 / 27 Noyabr 2026
235
23:40 / 27 Noyabr 2026
250
23:40 / 27 Noyabr 2026
233
23:35 / 27 Noyabr 2026
233
23:32 / 27 Noyabr 2026
766
23:28 / 27 Noyabr 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.