Dizel bahalaşacaq
21 Sentyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
455
22.02.2024, 23:49
2023-cü ildə dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiyada insanların xoşbəxtlik sirləri üzə çıxıb. Finlandiyada yaşayan psixoloq və filosof Frank Martela bununla bağlı fikirlərini bölüşüb. O, xoşbəxt olmaq üçün riayət edilməli olan 3 qaydanı açıqlayıb.
OXU24.COM bildirir ki, 2023-cü ilin Dünya Xoşbəxtlik Hesabatına görə Finlandiya artıq beşinci dəfədir siyahıya liderlik edir.
Psixoloqun fikrincə insanlar bu üç qaydaya əməl etsələr, xoşbəxt yaşayacaqlar.
Başqaları üçün yaxşılıq etmək
Martela vurğulayır ki, xoşbəxtliyə nail olmaq üçün hər gün başqaları üçün yaxşılıq etməyə çalışmalısan. Ətrafınızda sizə əhəmiyyət vermən və sizin qayğınıza qalan insanların olması sizi xoşbəxt edir. Yaxşılıq etməyin vacibliyini vurğulayan Martela "Kiməsə kömək edəndə və başqaları üzərində müsbət təsir yaratdıqda, öz xoşbəxtliyiniz və məna duyğunuz artır" deyib.
Məqsədiniz olmalıdır
Məqsəd tapmaq çox vaxt asan olmasa da, cəmiyyətin xeyrinə cavab axtarmaq vacibdir. Martela deyir ki, güclü məqsəd hissi həm də pis vəziyyətlərə dözməyi asanlaşdırır. Qarşınıza məqsədlər qoyun və ona çatmağa çalışın.
Bağlılıq duyğusu
Psixoloqun sözlərinə görə, kimə və ya nəyəsə bağlılıq insanda yaşama sevincini artırır. Yaşadığınız yerə bağlısınızsa, orda qalmaq üçün çalışacaqsınız. Bir insana bağlısınızsa, həyat eşqiniz artacaq. Araşdırmalar göstərir ki, dostlar və ailə ilə vaxt keçirmək həyatı daha da yaxşılaşdırır.
21:02 / 21 Sentyabr 2026
1
20:56 / 21 Sentyabr 2026
22
20:52 / 21 Sentyabr 2026
30
20:29 / 21 Sentyabr 2026
33
20:10 / 21 Sentyabr 2026
49
19:44 / 21 Sentyabr 2026
49
19:28 / 21 Sentyabr 2026
46
19:18 / 21 Sentyabr 2026
43
19:08 / 21 Sentyabr 2026
48
18:52 / 21 Sentyabr 2026
44
18:45 / 21 Sentyabr 2026
64
18:26 / 21 Sentyabr 2026
180
18:26 / 21 Sentyabr 2026
66
17:25 / 21 Sentyabr 2026
88
17:23 / 21 Sentyabr 2026
158
17:10 / 21 Sentyabr 2026
263
17:00 / 21 Sentyabr 2026
154
16:44 / 21 Sentyabr 2026
783
16:40 / 21 Sentyabr 2026
91
16:34 / 21 Sentyabr 2026
84
16:30 / 21 Sentyabr 2026
81
16:27 / 21 Sentyabr 2026
67
16:19 / 21 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.