Veb saytların hazırlanması
Xəzər rayonu 156 nömrəli tam orta məktəbinin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı videonu dünən gördük və dərhal bu barədə Elm və Təhsil Nazirliyinə, aidiyyatı qurumlara məlumat verilib.
Bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. O qeyd edib ki, bu gün məktəbdə valideynlər və şagirdlərlə görüş planlaşdırılsa da, reallaşmayıbı:
"Təəssüflər olsun ki, görüşümüz olmadı. Bu, valideyn məsuliyyətinin aşağı olmasının göstəricisidir. Videoda zorakılıq halı var və bu, xoşagəlməz vəziyyətdir. Araşdırmamıza əsasən zorakılığa məruz qalan qız 9-cu sinifə qədər burada oxuyub, zorakılıq edən isə hələ də bu məktəbin şagirdidir. 11-ci sinif şagirdinin verdiyi ilkin məlumata görə, bulinqə məruz qalan qız ona qarşı daha əvvəl sosial şəbəkələrdə, elektron platformada zorakılıq edib. Bu yolla sanki ondan əvəzini çıxıb".
G.Səfərova bildirib ki, 156 nömrəli məktəb şagird davranış qaydalarını pilot həyata keçirən təhsil ocağıdır.
"Bu qaydalara doğru əməl olunması, məktəb rəhbərliyinin verdiyi reaksiya və görülən tədbirlərin qanunverciyliyə uyğun olub-olmamasını yoxlayırıq".
Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb . İstintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılovanın verdiyi məlumata görə, şagird həmcinsi ilə zarafat etdiyini deyib.
ŞƏRHLƏR