“WhatsApp"da yenilik - BUNDAN SONRA...
16 Aprel 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
420
04.02.2024, 20:58
Qış mövsümünün gəlməsi ilə birlikdə xəstəliklər də özünü büruzə verməyə başlayır. Mövsüm dəyişikliyi uşaqlardan yetkin insanlara qədər hamıya təsir edir. Lakin müxtəlif bitki çayları istehlak edərək mövsümün başda öskürək olmaqla soyuqdəymə və qrip kimi bir çox xəstəliyin qarşısını ala bilərik.
OXU24.COM öskürəyin qarşısını alan ən təsirli bitki çaylarını təqdim edir:
Quru heyva yarpaqlarını 10-15 dəqiqə, təzə heyva yarpaqlarını isə 3-5 dəqiqə dəmləyib gündə 2-3 stəkan içmək öskürəyi kəsər.
*Alma və cökə çayı
Alma qabığı və cökə 2 stəkan suda qaynadılır. Üzərinə yarım limon suyu ilə az darçın əlavə etdikdən sonra isti olaraq içilir.
* İtburnu çayı
İtburnunu bir stəkan suda qaynadıb toz zəncəfil əlavə edib, isti istehlak etmək öskrəyin kəsilməsinə kömək edər.
* Exinasea çayı
Exinasea bitkisi soyuqdəymə, qrip və oxşar xəstəliklərin qarşısını aldığı üçün istifadəsi yayğındır. Öskrəkdən xilas olmaq üçün çayını dəmləyib 1 çay qaşığı bal əlavə edərək gündə 2 stəkan içmək məsləhətdir.
*Ballı heyva və cökə çayı
Ballı heyva və cökə çayı öskürəyə qarşı ən təsirli içəcəklərdən biridir. Boğazı yumşalıb öskrəyi kəsən bu şəfalı çaydan gündə 2-3 stəkan qəbul edilə bilir.
*Ballı kəklikotu çayı
İki qəhvə qaşığı xırda doğranmış təzə kəklikotunun üzərinə bir stəkan qaynar su əlavə edilir, dəmlənməsi üçün 5 dəqiqə gözlədikdən sonra süzülür və bal əlavə edilərək içilir.
* Zəncəfil, mixək və bal qarışığı
Bir xörək qaşığı bal, 1 çay qaşığı toz zəncəfil ilə 1 çay qaşığı mixək qarışdırılaraq istehlak edilir. Qarışığa limon suyu da əlavə etmək olar.
* Zəncəfilli darçın çayı
Həmçinin oxuyun
3 üzük təzə zəncəfil, 8 çubuq darçın, 8 ədəd mixək, 1 ədəd limon litr yarım suda qaynadılır. Bir qaşıq bal əlavə edilərək içilir.
* Qara istiot və bal
Öskürəyi kəsmək üçün bir stəkan qaynar suya qara istiot qarışdırıb qarqara etmək və ya biraz bal əlavə edərək içmək məsləhətdir.
Ancaq reflü, qastrit və xora kimi həzm sistemi pozğunluğundan əziyyət çəkənlər bu çaydan istifadə etməməlidilər.
*Yaşıl çay və hil
Qarqara olaraq da istifadə edilən yaşıl çaya biraz hil əlavə edərək gündə 2-3 stəkan içmək öskrəyi kəsər. Ancaq hipertoniya və ya taxikardiya problemi olanlara gündə iki stəkandan çox istehlak etməmələri tövsiyə olunur.
*Heyva çayı
1 çay qaşığı qırılmamış heyva toxumu 1 stəkan suda 5-10 dəqiqə dəmləndikdən sonra içilir. Bitki çayı ümumiyyətlə yeməkdən 30 dəqiqə əvvəl və ya 1-2 saat sonra istehlak edilməlidir.
* Zəncəfil, qara istiot, bal, limon, darçın
Bir xörək qaşığı bal, 1 çay qaşığı toz zəncəfil, 1 çay qaşığı üyüdülmüş qara istiot, 1 çay qaşığı üyüdülmüş darçın və yarım limon suyunu qarışdırıb, yeməklərin arasında gündə 2-3 çay qaşığı qəbul etmək öskürəyin qıcıqlandırıcı təsirini azaldar.
*Biyan kökü, yonqar, zəncəfil
1 stəkan qaynadılmış suya 1 çay qaşığı üyüdülmüş biyan kökü, 1 çay qaşığı yonqar və 1 çay qaşığı toz zəncəfil əlavə edilir. 3-5 dəqiqə dəmləndikdən sonra içilir. Sutka ərzində 2-3 stəkan istehlak etmək olar.
*Cökə çayı
Öskürəyə qarşı gündə 2-3 stəkan cökə çayı içə bilərsiniz. Müalicə məqsədi ilə istifadə edilən cökə çayına şəkər əlavə edilməməlidir.
*Adaçayı
Adaçayı həm boğazı sakitləşdirir, həm də ağrıları aradan qaldırır. Çay kimi dəmləyib içilən adaçayı ağız qarqarası olaraq da istifadə edilir.
18:48 / 16 Aprel 2026
7
18:38 / 16 Aprel 2026
33
18:35 / 16 Aprel 2026
31
18:28 / 16 Aprel 2026
96
18:21 / 16 Aprel 2026
32
18:19 / 16 Aprel 2026
33
18:11 / 16 Aprel 2026
40
18:10 / 16 Aprel 2026
34
18:08 / 16 Aprel 2026
34
18:04 / 16 Aprel 2026
207
18:02 / 16 Aprel 2026
174
17:56 / 16 Aprel 2026
113
17:37 / 16 Aprel 2026
45
17:34 / 16 Aprel 2026
55
17:20 / 16 Aprel 2026
552
17:11 / 16 Aprel 2026
44
16:59 / 16 Aprel 2026
876
16:55 / 16 Aprel 2026
42
16:54 / 16 Aprel 2026
45
16:52 / 16 Aprel 2026
42
16:42 / 16 Aprel 2026
292
16:35 / 16 Aprel 2026
49
16:15 / 16 Aprel 2026
49
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.