Qaynar xətt:

(+99450) 247 90 86

Netanyahu nöqtəni qoydu: Mümkün deyil

Netanyahu nöqtəni qoydu: Mümkün deyil

CƏMİYYƏT

399

07.01.2024, 12:05

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü, yanvarın 6-da bir daha bildirib ki, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı tamamilə aradan qaldırılmayana qədər hərbi əməliyyatları dayandırmayacaq.

OXU24.COM  xəbər verir ki, Netanyahu bu barədə televiziyaya verdiyi qısa açıqlamada bildirib.

“Mənim rəhbərlik etdiyim hökumət İsrail ordusuna HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq və Qəzzanın İsrail üçün daha təhlükə olmaması üçün müharibəyə başlamağı əmr edib. Biz bütün bu məqsədlərə çatana qədər müharibə dayandırıla bilməz”, – Netanyahu ​​deyib.