Sürücülərin diqqətinə! Bu yol açıldı
12 Noyabr 2026, 19:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
888
02.04.2026, 15:17
Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə təşkil olunan “Zəfərə gedən yol – 10 il” adlı tədbir dərin ehtiram, qürur və vətənpərvərlik ruhu ilə yadda qaldı.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəhid Analarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin aparıcısı Azərbaycanın Əməkdar artisti,Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov idi.
Şəhidlərə həsr olunmuş videoçarx iştirakçılara qəhrəmanlıq salnaməmizi bir daha xatırlatdı.
Tədbirdə rəsmi qonaqlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, millət vəkilləri Elnarə Akimova və Rizvan Nəbiyev çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən,şəhidlərimizin qəhrəmanlığından bəhs etdilər.
Həmçinin, Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Ceyran Həsənova və Aprel döyüşlərinin iştirakçısı, qazi Əhliyyət Mehdiyev çıxış edərək xatirələrini bölüşdülər.
Tədbirin bədii hissəsi zəngin proqramı ilə seçildi və hər bir çıxış tamaşaçılarda duyğulu anlar yaşatdı.
Sumqayıt şəhər 23 saylı Texniki Fənlər Təmayüllü Liseyin xor kollektivi tədbirə xüsusi ahəng qatdı.
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarov tərəfindən səsləndirilən şeir vətən sevgisini və şəhidlərə olan ehtiramı poetik dillə ifadə etdi.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Şəhyarın, “Şahinlər” rəqs qrupunun,
IX Muğam müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin, “Dərviş” qrupunun, gənc müğənni Əli Əliyevin ifaları, səhnədə nümayiş olunan “Medalyon” tamaşası xüsusi alqışlarla qarşılandı. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülzar Fərəcovanın “Qarabağ şikəstəsi” ifası tədbirə möhtəşəm final verdi.
Tədbirin ssenari müəllifi Cosmo_Art_Agentliyinin meneceri,ssenarist filoloq və yazar Pəri Mehman,tədbirin rejissoru Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru Ümüd Abbasa, tədbirin yüksək səviyyədə təşkilində Şəhid Analarına Dəstək İctimai Birliyinə, Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə, Sumqayıt Dövlət Dram Teatrının kollektivinə xüsusi təşəkkürlərimizi bildiririk.
“Zəfərə gedən yol – 10 il” tədbiri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur, onların xatirəsini daim uca tutur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

19:09 / 12 Noyabr 2026
8
19:03 / 12 Noyabr 2026
32
18:58 / 12 Noyabr 2026
40
18:50 / 12 Noyabr 2026
55
18:42 / 12 Noyabr 2026
433
18:40 / 12 Noyabr 2026
58
18:32 / 12 Noyabr 2026
225
18:28 / 12 Noyabr 2026
63
18:26 / 12 Noyabr 2026
82
18:16 / 12 Noyabr 2026
96
18:15 / 12 Noyabr 2026
84
18:07 / 12 Noyabr 2026
89
17:53 / 12 Noyabr 2026
86
17:19 / 12 Noyabr 2026
98
16:25 / 12 Noyabr 2026
106
16:21 / 12 Noyabr 2026
120
15:55 / 12 Noyabr 2026
126
15:36 / 12 Noyabr 2026
555
15:15 / 12 Noyabr 2026
196
15:12 / 12 Noyabr 2026
118
14:15 / 12 Noyabr 2026
192
14:04 / 12 Noyabr 2026
530
13:59 / 12 Noyabr 2026
414
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.