Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “90 ED 530” dövlət nömrə nişanlı BMW markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən sürücü idarəetməni itirib.
Avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra qəflətən yanıb. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq dünyasını dəyişib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR