Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103652
az

Baş həkim və arvadının başını kəsib bağa atıblar - Dəhşətli qətlin TƏFƏRRÜATI

12:2901 Mart, 2024
2996
18+
  • A

Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı xüsusi amansızlıqla öldürülüb.

 

Oxu24.com  xəbər  verir  ki, Metbuat.az-ın əldə etdiyi məlumata görə, ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.

Məlumata görə, İ. Məmmədov imkanlı şəxslərdən olub. Onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olurmuş. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər-arvad övladlarından ayrı-kənddə yaşayırlarmış.

Xatırladaq ki, bu gün səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 3000-3500-4000 MANAT 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kinoteatrın tualetində qız zorlanıb (18+)
Baş həkim və arvadının başını kəsib bağa atıblar - Dəhşətli qətlin TƏFƏRRÜATI
Sərnişinə cinsi orqanını göstərən azərbaycanlı taksi sürücüsü həbs olundu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var