Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8868
az

Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək?

00:0513 Yanvar, 2019
699
  • A
 
Limon yağı və qoxusunun insan bədəninə müalicəvi təsiri olduğunu bilirdiniz?
Oxu24.com xəbər verir ki, aparılan araşdırmalar nəticəsində limonun əhval-ruhiyyəni qaldırdığı, konsentrasiyanı bərpa etdiyi, üstəlik havada uçuşan mikrobları təmizlədiyi məlum olub. Odur ki, mütəxəssislər yatmazdan əvvəl çarpayının kənarına yarım kəsilmiş limon qoymağı və ya limon yağından istifadə etməyi tövsiyə edir.
Konsantrasiya və diqqət pozğunluğunu bərpa edir
C vitamini mənbəyi olan limonun heyrətamiz xüsusiyyətlərindən biri də konsentrasiyanı bərpa etməsidir. Hər gün limon aromasını qoxlamaq diqqət pozğunluğunu aradan qaldırır. Limonda olan efir yağları beyinə siqnallar göndərərək fikirləri bir istiqamətdə toplamağa kömək edir. Yapon alimlərinin araşdırmalarına görə, limon qoxlayan insanlar iş prosesində daha az səhvə yol verir.
Əhval-ruhiyyəni yaxşılaşdırır
 Limonlu efir yağı depressiyaya qarşı sübut edilmiş effektiv dərmandır. Əgər depressiya yaxanızdan əl çəkmirsə və dərmanların heç bir təsiri yoxdursa, limon qoxusunun gücünü sınayın.
Havada uçan mikrobları təmizləyir
 Limon yalnız xoş ətir deyil, həm də bakterisidal xüsusiyyətlərə malikdir. Otaqda havanı təmizləmək üçün limonu iki yerə bölüb müxtəlif istiqamətlərə qoyun.
Yüksək qan təzyiqini aşağı salır
 Limonun sadəcə meyvəsi deyil, qoxusu qan təzyiqi azaldır.
Həşaratları evdən uzaqlaşdırır
 Qarışqaların, ağcaqanadların və digər həşəratların limon ətirli evdə qalması ehtimalı yoxdur. Kimyəvi qovuculara pul xərcləməyə dəyməz. Daha təsirli olması üçün limonu iki yerə bölüb üzərinə mixək dənəcikləri keçirin.
Rahatlaşdırır
 Sitrus aroması sinir sistemini sakitləşdirir, narahatlıq hissini azaldır və çətin gündən sonra yaranan gərginliyi azaltmağa kömək edir. Əgər limon yağı yoxdursa, çarpayının yanına bir ədəd limon qoyun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO