Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17924
az

​​​​​​​Breketlər: Növləri, faydaları, qiyməti

21:2414 Sentyabr, 2019
5473
  • A
Gözəl gülüşə sahib olmaq üçün əsas amil düz və bəyaz dişlər sayılır. Təəssüf ki, bu, hər kəsə nəsib olmur. Hətta diş sırası əyri olan şəxslər çox vaxt adam arasında gülməyə belə utanır, yaxud güləndə əlləri ilə ağızlarını bağlayırlar. Müasir tibb bu problemi aradan qaldırmağın yolunu illərdir tapıb. Söhbət breketlərdən gedir. Hazırda breketlərin müxtəlif növləri var. Bəs onlar bir-birindən nə ilə fərqlənir? Breketlər hansı yaşda qoyulur, necə qulluq edilməlidir? Azərbaycanda breketlərin qiyməti neçəyədir?

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, stomatoloq Mehman Allahverdiyevlə bu mövzu ətrafında danışıb.  

Həkim deyir ki, breketlər dişlərin daxili və xarici səthlərinə bərkidilən ortodontik qurğulardı. Xəstəyə breket dişlərin düzülüşündə, çənə qövsündə əyriliklər olanda, dişlər yerinə oturmadıqda təyin olunur.

Xarici görünüşlərinə görə breketlər metallik və estetik (keramik, elastik və ya sapfir) olaraq 2 yerə bölünür: "Breketlər əsasən iki cür olur - ağız boşluğunda görünən və görünməyənlər. Görünən breketlər metal breketlərdir. Dişlərin üzərinə ön tərəfdən düzülür. Görünməyən breketlər keramik breketlər sayılır. Şəffaf, süd rəngində olur. Yalnız yaxından baxan zaman ağız boşluğunda görünür. Elə pasiyentlər var ki, ümumiyyətlə, ağızda breketin görünməsini istəmir. Onda pasiyentə linqual breket düzülür. Dişlərin arxa tərəfinə qoyulur, öndən heç nə bilinmir".

Stomatoloqun sözlərinə görə, breketlərin taxılmasından əvvəl həkim bütün dişlərin vəziyyətini qiymətləndirməli, ehtiyac varsa, müalicə etməlidir: "Kariyes, çat, diş daşı breketlər üçün əks göstərişdir. Bu problemlər müalicə ilə aradan qaldırıldıqdan sonra dişlərə breket bərkidir".

M. Allahverdiyev breketlərin taxılması üçün yaş həddinin olmadığını bildirib. Ancaq 20 yaşa qədər qoyulmasını daha məqsədəuyğun hesab edir: "Məlumdur ki, süd dişləri töküldükdən sonra 10-11 yaşdan etibarən daimi dişlər çıxır. Dişlərin hərəkətliliyi, formalaşması 20 yaşa qədər davam edir. Ondan sonra çənənin formalaşması dayanır. Breket 20 yaşa qədər qoyulduqda diş sırası əyriliyi daha tez müddətə düzəlir. İrəli yaşlarda qoyulanda isə breketin ağızda qalma müddəti uzun olur - il yarım, iki il. Amma çənə-sümük sisteminə effektiv təsir etmir. Ümumiyyətlə, breketlər çənə-sümük sistemini çox da yox, məhz diş sırası əyriliyini düzəldir. Hazırda çox keyfiyyətli breketlər var.  Keyfiyyətli breketlər olarsa və yaxşı ortodont tərəfindən qoyularsa, hətta 50 yaşa qədər pasiyentin də dişlərini 2 ilə düzəldir. Yəni bütün hallarda diş əyriliyini breket vasitəsilə düzəltmək mümkündür".

Bəs breketlər qoyulandan sonra dişlərə qulluq necə olmalıdır? Həkimin sözlərinə görə, bu zaman dişlərə adi vaxtdakından daha diqqətli qulluq olunur: "Adi vaxtlarda dişlərimizi hər gün ən azı iki dəfə məcunla sürtüb yumalıyıq. Breket qoyulandan sonra isə bu say daha çox olmalıdır. Qulluq həm pasiyent tərəfindən edilməli, həm də həkim nəzarətində olmalıdır. Breketli dişlərin yuyulması üçün xüsusi diş fırçalarından istifadə edilməlidir ki, gələcəkdə söküləndə kariyes kimi problem ortaya çıxmasın. Bundan başqa, spirtli içkilər, kola, sərt yeməklər qadağandır. Hər yeməkdən sonra da breket öz fırçası ilə tam təmizlənməlidir. Bir məqamı da pasiyent diqqətdə saxlamalıdır. Breketlərin üzərinə məftil tellər qoyulur. Buna duqalar deyilir. O tellər ayda bir dəfə həkim tərəfindən düzgün olaraq dəyişdirilməlidir ki, dişlərdə laxlama, gələcəkdə problem olmasın. Breketlər çıxarılandan sonra isə dişlərə bir neçə ay xüsusi kappalar qoyulur ki, geri qayıtma olmasın. Bu da çox vacibdir".

O ki qaldı Azərbaycanda breketlərin qiymətinə, M.Allahverdiyev qeyd edib ki, marketinq bazarında bir çənə üçün metal breketin qiyməti 500-1000, keramik breketin qiyməti isə 2000 manat civarındadır. Qiymət breketin istehsal olunduğu ölkəyə görə dəyişir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO