Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17723
az

\"Azərbaycanda anemiya və bu kimi xəstəliklərin aradan qaldırılması ilə bağlı qanun qəbul ediləcək\" - Deputat

20:0709 Sentyabr, 2019
683
  • A
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Anemiya və digər mikroelementlərin çatışmazlığının artıq dünyanın bir çox ölkələrinin problemi olduğunu deyən M.Quliyev əlavə edib ki, bu məsələni qanunvericilik və ya hökumətin qərarları vasitəsilə həll edən ölkələr artıq müəyyən uğurlar əldə ediblər:

"Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Düşünürəm ki, Milli Məclis hökumət və UNİCEF-lə birgə Azərbaycanda qanun qəbul edəcək. Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmələr keçirəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO