Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17309
az

Azərbaycanda 65 yaşlı ana böyrəyini oğluna bağışlayıb - FOTO

22:0229 Avqust, 2019
1171
  • A
 
Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) daha bir uğurlu əməliyyat həyata keçirilib.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 38 yaşlı pasiyentə 65 yaşlı anasının böyrəyi köçürülüb.

Əməliyyat uğurla başa çatıb və köçürülən böyrəyi orqanizm qəbul edib. Mərkəzdən azərtac-a bildirib ki, böyrəkköçürmə əməliyyatı RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsində urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Cərrahın bildirdiyinə görə, təcili əməliyyatın aparılmasına göstəriş xəstənin qısa müddətdə aldığı hemodializ seanslarının yaratdığı fəsadlar olub: “Böyrək çatışmazlığından xilas olan və sağlam həyata dönən pasiyentimizin vəziyyəti hazırda yaxşıdır. Hemodializ vasitəsilə qan təmizlənsə də, bununla sağlam böyrəklərin bütün funksiyalarını əvəz etmək mümkün deyil. Böyrəklər fəaliyyətini dayandırarsa və insan hemodializ seansları qəbul etməyə məcbur olarsa, orqanizmin digər funksiyaları da tənəzzülə uğrayır.

Bu da perikardit, anemiya, sümük xəstəlikləri, arterial hipertoniya, qanda kaliumun yığılması, sinir sisteminin pozulması kimi bir sıra fəsadlara yol açar. Bu baxımdan böyrəkköçürmə əməliyyatı hemodializi yaşam üsulu seçmək məcburiyyətində qalan insanlar üçün nicat yoludur. Pasiyentimizə bu xoşbəxtliyi anası bəxş edib”
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO