‡агрузка...

Dəmir əskikliyi və ya qan azlığından necə xilas olaq? – MÜALİCƏ ÜSULLARI

Orqanizmdə dəmir çatışmazlığı ciddi patoloji hal sayılır və bu, bir çox xəstəliklərin meydana gəlməsinə əlverişli şərait yaradır.
 
Oxu24.com medicina.az-a istinadən bildirir ki, uşaqlarda ən sıx görünən problemlərdən biri dəmir əskikliyidir.

Yenidoğulanlarda 6 aydan etibarən dəmir ehtiyacı artır

Dəmir çatışmazlığı anemiyanın başlıca səbəbidir.  Orqanizmdə sözügedən maddə az olsa, infeksiyalara yoluxma riski də yüksəkdir. Çox qan itirmək də dəmir çatışmazlığına səbəb olur. Ana südündə dəmir olsa da, 6 aydan sonra körpələr dəmir ehtiyacı duyur.
Dəmir vitamininin həb kimi qəbul olunması xüsusi diqqət tələb edir. Düzgün  əməl edilməsə, nəticə xoş olmaya bilir. Onu da qeyd edək ki, çay, süd məhsulları, tox olanda dərmanlar dəmirin orqanizmə sovrulmasına maneə olur.
 
Bəzi uşaqlar çöldə torpaq yeyir, divarı və yaxud ev başmaqlarını yalayır. Bu anormal davranışlar onların dəmiz çatışmazlığının olduğundan xəbər verir. Ona görə də bu vəziyyətdə mütləq həkimə müraciət etmək lazımdır.
 
 Statistikaya görə, dünya əhalisinin təxminən 30 faizində dəmir çatışmazlığı var. Dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. Hemoqlobinin yaranmasında iştirak edən dəmir qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Hemoqlobin bədən üzvlərinə oksigen çatdıran maddədir. Əgər orqanizmdə dəmir çatışmazlığı varsa, bu qanın qırmızı hüceyrələrinin az olması deməkdir. Belə olan halda qanda hemoqlobinin səviyyəsi azalır və toxumalar lazımi oksigenlə təmin oluna bilmir.
Həmçinin dəmir immuniteti gücləndirir, metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır, orqanizmi enerji ilə təmin edir.
 
Orqanizmdə dəmir çatışmazlığı dəmir defisitli anemiya xəstəliyidir ki, buna el arasında qan azlığı da deyilir.
Dəmir çatışmazlığının ilk əlamətləri aşağıdakılardır:

•    Üz dərisində solğunluq, dəri quruluğu
•    Saçlarda və dırnaqlarda kövrəklik
•    İştahasızlıq
•    Dodaq ətrafında çatların yaranması
•    Yorğunluq
•    Udqunmaq çətinliyi
•    Bağırsaq pozğunluqları
•    Təngnəfəslik
•    Ürək döyüntüsünün tezləşməsi-taxikardiya
•    Baş ağrısı və başgicəllənmə
•    Ağız boşluğunda quruluq

Orqanizmin dəmirə sutkalıq tələbatı kişilərdə 10, qadınlarda 20, uşaqlarda 4-18 mq-dır. Hamilə qadınlarda isə sutkalıq norma 30-35 mq olmalıdır.
 
Dəmir çatışmazlığı problemi ilə üzləşməmək üçün qida rasionuna müntəzəm olaraq dana, ördək, dovşan əti, toyuq içalatı, qaraciyər, yumurta sarısı, yulaf sıyığı, qarabaşaq və mərcimək, qırmızı çuğundur, kələm, ispanaq, kök, sarmısaq, soğan, qurudulmuş meyvələr, alma, qara gavalı, əncir, nar, üzüm, şaftalı, armud, qoz, noxud, balıq və balıq məhsulları kimi qidaları daxil etmək lazımdır.
 
Nəzərə almaq lazımdır ki, dəmir orqanizm tərəfindən yaxşı mənimsənilmir. Onun yaxşı mənimsənilməsi üçün tərkibində C vitamini olan qidalardan da istifadə etmək vacibdir. Bunun üçün yuxarıda sadalanan qida məhsullarını rasionunuza daxil edərkən, limondan istifadə etmək olar.
loading...




Paylaş:


16-may, 2019 103
loading...

Загрузка...
loading...