Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3777
az

İlham Əliyev sərəncam imzaladı

20:4518 İyul, 2018
1116
  • A
 Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 174; 2002, № 1, maddə 71; 2004, № 4, maddə 282, № 7, maddə 566; 2005, № 8, maddə 733; 2007, № 12, maddə 1251; 2009, № 2, maddə 93; 2012, № 5, maddə 442; 2015, № 11, maddə 1301; 2016, № 12, maddə 2174) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın sədri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
Komissiyanın katibi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”.
2. 2-ci hissəyə "Hüquq mühafizə orqanları ilə iş” sözlərindən sonra "və hərbi məsələlər” sözləri əlavə edilsin Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı
Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur