Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107119
az

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

19:3925 Aprel, 2024
69
SİYASƏT
  • A

Aprelin 25-də Milli Məclisdə Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

OXU24.COM  xəbər verir ki, brifinqdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin ilk iclasının Türk dünyası üçün tarixi əhəmiyyətindən söz açıb, iclasın yekunları və müzakirə olunan məsələlərin önəmi barədə fikirlərini bölüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqində bizim Türk dünyasından başqa ailəmizin olmadığı ilə bağlı dediyi fikirlərinə diqqət çəkən komitə sədri türk dövlətləri arasında əlaqələrin ikitərəfli və çoxtərəfli istiqamətlərdə, o cümlədən parlamentlər müstəvisində inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay tədbirin uğurlu keçdiyini, faydalı müzakirələrin aparıldığını bildirib. O, iclasın keçirilməsi təşəbbüsünə görə Azərbaycan Prezidenti İlham Əliyevə, verdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, qardaş türk dövlətlərinin başçılarına, parlament rəhbərlərinə minnətdarlığını bildirib. F.Oktay türk dövlətlərinin ortaq mənafelərinin qorunmasında parlament diplomatiyasının və parlamentlərarası əməkdaşlığının əhəmiyyətindən danışıb, bu əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Sonra konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi
Bayramov Fidanla nələri müzakirə etdi? - YENİLƏNİB - FOTO
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...