Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17178
az

Nüşabə Ələsgərli polisə çağırılıb - Manafın qızına görə - İDDİA

18:4326 Avqust, 2019
1003
  • A
Müğənni Nüşabə Ələsgərli polisə çağırılıb.

Oxu24.com axşam.az-a istinadla xəbər verir ki, həmkarı Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında Nəsimi rayonu Polis İdarəsinə dəvət olunan Ələsgərli izahatı alındıqdan sonra sərbəst buraxılıb.
M.Ağayevin qızı Səməyanin keçmiş həyat yoldaşı Taleh Hüseynov baku.ws-ə açıqlamasında bildirib ki, boşanmağa qərar verdikdən sonra Manaf Ağayevin göstərişi ilə şou-biznesdəki dostları tərəfindən təzyiqlərə məruz qalıb:

"Bunlardan biri də Nüşabə Ələsgərli idi ki, mənə dəfələrlə sərt təzyiqlər göstərirdi. Müəyyən insanların vasitəsilə mənim "başıma oyun açacağı" və ciddi problemlər yaradacağı ilə hədə-qorxu gəlirdi. Bu təzyiqlər mən polisə müraciət edənədək davam etdi. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etdim. Nüşabə Ələsgərli Nəsimi rayon Polis İdarəsinə çağırıldı. İzahatı alındıqdan sonra sərbəst buraxıldı.

Qadın konkret olaraq Manafın tapşırığını yerinə yetirir. Yoxsa mənim onunla heç bir problemim olmayıb. İndi də məhkəmədə mənə qarşı şahidlik edir".

Xatırladaq ki, Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan ayrılıb. 21 avqustda Taleh Hüseynov keçmiş xanımı ilə Apelyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyrinə qərar çıxarıb.

İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini, onun psixi pozğunluğu olduğunu və Səmayənin səhhətində problemlər üzündən övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərhum xanəndənin nəvəsi faciəli şəkildə öldü
\
Türkiyəli musiqiçi azərbaycanlı sevgilisini döydü

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur