Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91222
az

Mərhum xanəndənin nəvəsi faciəli şəkildə öldü

13:4021 İyun, 2023
247
  • A

İstehsalat məntəqəsində mühafizəçinin aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanılıb.

OXU24.COM xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 4-də Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi, 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb. 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

 Vəfat edən N.Cəbrayılov mərhum xanəndə Eynulla Cəbrayılovun nəvəsidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərhum xanəndənin nəvəsi faciəli şəkildə öldü
\
Türkiyəli musiqiçi azərbaycanlı sevgilisini döydü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO