Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11974
az

İmişlidə çaya atılan qadının qətlində ŞOK intim təfərrüat:Qaynı arvadını yad kişilərlə gördüyü üçün...

09:4815 Aprel, 2019
4960
  • A
 
İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.

Oxu24.com -un  ONA-nya istinadən  məlumatına görə, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmkəndliləri – 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus “Mercedes-BENZ” markalı, "99 CF 146" dövlət nömrə nişanlı avtomobillə İmişli şəhərinə gəlib.

O. Seyidovun məqsədi S. Vurğun küçəsi, ev 8 ünvanında yaşayan 2018-ci ilin noyabr ayında tanış olduğu 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşmək olub. Bunun üçün H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin həyat yoldaşı Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlədiyi mağazaya nəzarət etmələrini xahiş edib. Daha sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olub. Bu zaman V. Məmmədova onları görüb.

Həmçinin oxu:   Azərbaycanlı məşhur meyxanaçının həbsxana həyatı -İllərdir gizli qalan faktlar+VİDEO

Qeyd edək ki, A. Məmmədova V. Məmmədovanın qaynının həyat yoldaşı olub. Vahidə mobil telefonla Ayşənin əri E. Məmmədova zəng edərək həyat yoldaşının xəyanəti barədə məlumat vermək istəyib. Bunu görən O. Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə Ayşənin həyətdən gətirdiyi taxta parçası ilə Vahidənin boyun və baş nahiyələrinə zərbələr endirib. Həmin zərbələrdən ölmədiyini gördükdə isə O. Seyidov əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib. Sonra isə meyiti A. Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub. Daha sonra da yoldaşları H. Cəlalzadə və A. Surxayzadəyə zəng edərək avtomobili həmin evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib. O. Seyidov yoldaşları ilə meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər.

Meyit Araz çayının üzərindəki körpüdən çaya atılıb.

İmişli rayon Polis Şöbəsinin əməkdaşları O. Seyidov, H. Cəlalzadə, A. Surxayzadə və  A. Məmmədovanı saxlayıb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.


Həmçinin oxu: Kişi arvadını yataq otağında xəyanət edərkən tutdu və... - Azərbaycanda DƏHŞƏTLİ OLAY

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Canlı efirdə studiyaya milçək girdi: Aparıcı görün nə etdi - video
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı