Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11955
az

Azərbaycanlı məşhur meyxanaçının həbsxana həyatı -İllərdir gizli qalan faktlar

11:1514 Aprel, 2019
2079
  • A
 
Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-ü Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, qəzəl, qəsidə müəllifidir. Məşədibaba Aydəmirov uşaq yaşlarından şeirlər yazırmış. Böyüdükcə onun bu istedadı da artır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu məktəbdən çıxarırlar. Beləcə, balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Məlahətli səsi ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Artıq o, yazdığı qəzəlləri meyxanaya çevirir. Bundan sonra Məşədibaba toylara çoxsaylı dəvətlər alır. Qısa zamanda qəsəbə camaatı arasında hörmət qazanan meyxanaçı kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş. Ustadı olmayıb, söz sənətinin ALLAH tərəfindən olduğuna inanır:


"Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa-deyəcəksən, bacarığın yoxdursa lap 50 il sənə bir ustad dərs versin xeyri yoxdur. Bu tamam ALLAHIN vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz." - ANS TV-yə verdiyi müsahibəsindən.

Nəhayət, bir gün tanınmış meyxanaçı subaylığın daşını atmaq qərarına gəlir. Əmisi qızını istəyən Məşədibaba onunla nişanlanır. Toylarına çox az qalmış meyxanaçı həbs olunur. 11 fevral 1994-cü ildə O, yaxın dostu meyxanaçı Elçin Atakişiyevilə aralarında yaranan münaqişə zamanı ona bıçağla xəsarət yetirir. Elçin xəstəxanaya gec çatdırıldığı üçün normadan artığ qan itirərək dünyasını dəyişmişdir. 6 il dəmir barmaqlıqlar arasında qalan Məşədibaba 2000-ci ildə həbsdən azad olunur. Əsərlərinin çoxunu həbsdə olarkən yazıb. 2000-ci ildə ailə heyatı qurub, Bir il sonra isə onların Mircəlal adlı övladları dünyaya gəlir. Bir müddət sonra bu xoşbəxt ailə arasında soyuqluq yaranmağa başlayır. Buna da səbəb içki olur. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur və 9 il sonra ailə dağılır. Həyat yoldaşı və uşağı evdən çıxıb gedirlər.
Oxu24.com qəzəlxan, meyxanaçı Məşədibaba Aydəmirov haqqında illərdir gizli qalan bəzi məlumatları təqdim edir:



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əri Rusiyaya gedən qadın onun arxasınca getdi - gördüklərinə çaşıb qaldı
Xanımlara  şad   xəbər!   Bakıda   sizin   üçün  mərkəz   açıldı, hər kəs ora gedir!
Azərbaycanlı oğlanın rus qadınla biabırçı videosu YAYILDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş