Prezidentlə xanımının rəsmi qonaqlarla birgə - Fotosu
18 May 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
73
18.05.2026, 12:39
WUF13 dünyanın hər yerindən şəhərsalma sahəsinin nümayəndələrinin bir araya gəldiyi və təcrübə mübadiləsi apardığı böyük platformadır.
Oxu24.com bildirir ki bunu “APA-Economics”ə açıqlamasında WUF13ın tikinti və arxitektura naziri Nurdan Oruntaev deyib.
O qeyd edib ki, eyni zamanda forum ölkələrin və respublikaların öz ərazilərində tikinti və urbanizasiya sahəsinin necə inkişaf etdiyini nümayiş etdirməyə yönəlib:
“Biz də burada hazırda həyata keçirilən və tikilməkdə olan bir sıra layihələrimizi təqdim etdik. Onların demək olar ki, hamısı yaxın bir il ərzində tamamlanacaq və istismara veriləcək. Bundan əlavə, burada öz layihəmizi də təqdim etdik. Bu, Bişkekdə tikilən və postsovet məkanında analoqu olmayan tullantı emalı zavodu layihəsidir”.
O, Azərbaycanla əməkdaşlıq barəsində də danışıb:
“Hazırda Azərbaycan ərazisində bizim layihələrimiz yoxdur. Tikinti sahəsində Azərbaycan ilə Qırğızıstan arasında Sovet İttifaqının dağılmasından sonra bu günədək belə əməkdaşlıq olmayıb. Hazırda biz bu münasibətləri yenidən qurmağa çalışırıq və düşünürəm ki, yaxın illərdə bu, öz nəticələrini verəcək. Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə ötən il Qarabağda məktəb tikildi. Bu, belə demək mümkünsə, Azərbaycan xalqına bizim hədiyyəmiz idi. Bu, ilk layihədir, amma gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik. Yəni işlərimizin davamı olacaq”.
14:50 / 18 May 2026
5
14:42 / 18 May 2026
27
14:37 / 18 May 2026
29
14:31 / 18 May 2026
40
14:21 / 18 May 2026
37
14:09 / 18 May 2026
54
13:59 / 18 May 2026
52
13:49 / 18 May 2026
59
13:40 / 18 May 2026
57
12:59 / 18 May 2026
88
12:59 / 18 May 2026
83
12:46 / 18 May 2026
90
12:34 / 18 May 2026
143
12:26 / 18 May 2026
76
12:21 / 18 May 2026
84
12:04 / 18 May 2026
96
11:55 / 18 May 2026
83
11:51 / 18 May 2026
85
11:48 / 18 May 2026
81
11:48 / 18 May 2026
93
11:45 / 18 May 2026
90
11:37 / 18 May 2026
79
11:32 / 18 May 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.