Qaynar xətt:

(+99450) 247 90 86

“Maşın” nə vaxt start götürəcək? - Murad Dadaşov açıqladı

2018-04/1523984751_murad1.jpg

ŞOU-BİZNES

1358

17.04.2018, 21:06

\"\" Əməkdar artist Murad Dadaşov “Maşın” şounun başlayacağı tarixi açıqlayıb.
Oxu24.com un Axşam.az-a istinadən məlumatına görə, o bildirib ki, şou mayın 28-də yayımlanacaq: “İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Şouda gözləmədiyim insanlar olacaq. Çox maraqlı iştirakçılarımız var”. M.Dadaşov “Davam ya tamam” şousunun yayımının təxirə salındığını deyib: “İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq”. Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib: “Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır”.   Paylaş: 0