Qaynar xətt:

(+99450) 247 90 86

İtkin düşən alpinistlərdən XƏBƏR VAR

2018-04/1523903302_alpi4.jpg

SİYASƏT

2718

16.04.2018, 22:28

\"\" Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş \"Gilavar\" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib. Bildirilib ki, Axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır:
\"Aprelin 15-də Xınalığa 40 santimetr qar yağıb. Bu da alpinistlərin axtarışlarını bir az da çətinləşdirib. . Amma buna baxmayaraq, axtarışlar davam etdirilir. Axtarışlara könüllülər yenidən qoşulublar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, könüllülər axtarışları davam etdirir\". Qeyd edək ki, ötən il dekabrın 23-də \"Gilavar\" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci . (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./trend