Şuşadan dünyaya birlik mesajı: Azərbaycan–Türkiyə qardaşlığı sarsılmazdır - Rəy
09 Noyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
351
04.08.2026, 10:22
"Prezident İlham Əliyevin imzaladığı "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanacaq".
Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, sənəd Azərbaycan mənşəli qeyri neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur.
"Gələn aydan ödənilməyə başlanılacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsaiti Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək. Bu zaman ixrac olunmuş qeyri neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Kompensasiyanın məbləğinə gəldikdə isə gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq.
2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək. Kompensasiyaların verilməsi ixrac həyata keçirən mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu, qeyri neft-qaz ixracının strukturunun dəyişməsinə və bazarlar üzrə şaxələnməsinə şərait yaradacaq".
10:30 / 09 Noyabr 2026
1
10:27 / 09 Noyabr 2026
18
10:10 / 09 Noyabr 2026
61
10:09 / 09 Noyabr 2026
69
10:00 / 09 Noyabr 2026
131
09:36 / 09 Noyabr 2026
709
09:26 / 09 Noyabr 2026
72
09:19 / 09 Noyabr 2026
114
08:46 / 09 Noyabr 2026
96
08:42 / 09 Noyabr 2026
644
08:25 / 09 Noyabr 2026
129
04:25 / 09 Noyabr 2026
702
02:31 / 09 Noyabr 2026
668
01:34 / 09 Noyabr 2026
361
01:20 / 09 Noyabr 2026
795
01:10 / 09 Noyabr 2026
477
01:06 / 09 Noyabr 2026
212
00:58 / 09 Noyabr 2026
452
00:50 / 09 Noyabr 2026
341
00:29 / 09 Noyabr 2026
1312
00:25 / 09 Noyabr 2026
662
00:21 / 09 Noyabr 2026
241
00:17 / 09 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.