İlham Əliyev təbrik məktubu göndərdi
26 İyul 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
599
21.07.2026, 15:17
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin dərinləşməsində mühüm dönüş nöqtəsidir. Bu diplomatik addım münasibətlərin təkcə ənənəvi enerji sahəsi ilə məhdudlaşmadığını, əksinə təhlükəsizlik və iqtisadiyyat istiqamətində genişləndiyini nümayiş etdirir. Avropanın aparıcı dövləti olan Almaniya ilə dialoqun inkişafı Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Xüsusilə postmünaqişə dövrünün reallıqları fonunda Berlinin regiondakı prosesləri doğru qiymətləndirməsi rəsmi Bakı üçün strateji əhəmiyyət daşıyır. Yaşıl enerji və nəqliyyat dəhlizləri kimi yeni çağırışlar isə bu tərəfdaşlığı tamamilə keyfiyyətcə yeni səviyyəyə qaldırır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Elman Telmanoğlu bildirib ki, qarşıdan gələn danışıqlar enerji və xammal, Azərbaycan və Ermənistan arasında regional sülh prosesi və beynəlxalq təhlükəsizlik siyasəti mövzularına yönələcək.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətləri baxımından əsas siyasi və strateji əhəmiyyəti aşağıdakı amillərdən ibarətdir:
“Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycanın haqlı mövqeyini daha yaxından anlaması regionda ədalətli və davamlı sülhün bərqərar olunmasına dəstək vermək baxımından mühüm rol oynayır”.
Onun sözlərinə görə, əməkdaşlığın klassik enerji çərçivəsindən çıxaraq yaşıl enerji, nəqliyyat dəhlizləri və kritik xammal sahələrini əhatə etməsi ikitərəfli əlaqələrin coğrafiyasını və dərinliyini artırır:
“Avropanın enerji təhlükəsizliyini şaxələndirdiyi bir dövrdə Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənir”.
Elman Telmanoğlu hesab edir ki, səfər rəsmi Bakının çoxtərəfli, milli maraqlara əsaslanan və balanslaşdırılmış xarici siyasət kursunun uğurlu davamı olaraq Azərbaycanın Avropadakı geoiqtisadi çəkisini artırır.
Çimnaz Telmanqızı
12:30 / 26 İyul 2026
1
12:23 / 26 İyul 2026
75
12:15 / 26 İyul 2026
23
12:00 / 26 İyul 2026
31
11:35 / 26 İyul 2026
270
11:30 / 26 İyul 2026
62
11:21 / 26 İyul 2026
116
11:13 / 26 İyul 2026
69
11:10 / 26 İyul 2026
64
11:05 / 26 İyul 2026
614
10:55 / 26 İyul 2026
71
10:47 / 26 İyul 2026
480
10:40 / 26 İyul 2026
64
09:50 / 26 İyul 2026
78
09:44 / 26 İyul 2026
663
09:43 / 26 İyul 2026
76
00:24 / 26 İyul 2026
148
23:29 / 25 İyul 2026
96
22:59 / 25 İyul 2026
150
22:45 / 25 İyul 2026
882
22:39 / 25 İyul 2026
154
22:26 / 25 İyul 2026
172
21:54 / 25 İyul 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.