Deputatdan şəhid ailələri ilə bağlı TƏKLİF
11 Noyabr 2026, 13:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
587
24.05.2026, 14:57
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Aşqabadda keçirilən XXV "Ağ şəhər Aşqabad-2026" beynəlxalq sərgi və konfransında Bakının şəhərsalma, memarlıq, dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr və WUF13 tədbirinin həmiyyətindən danışıb.
Diplomatik missiyadan Oxu24.com-a verilən məlumata görə, səfir Bakının COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin Azərbaycanın qlobal platformalarda fəal rolunu, urbanizasiya sahəsində əməkdaşlığa verdiyi töhfəni və etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirdiyini bildirib.
Q. Gözəlov WUF13 çərçivəsində sürətli urbanizasiyanın şəhərlərə, iqlimə, iqtisadiyyatlara və idarəetmə proseslərinə təsirlərinin müzakirə olunduğunu, daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün innovativ həllərin təqdim edildiyini vurğulayıb.
O bildirib ki, Arkadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovun rəhbərlik etdiyi nümayəndə heyətinin WUF13-də iştirak edib, həmçinin "Urban Expo" sərgisində həmçinin Türkmənistanın "Ağıllı şəhər – ağıllı gələcək" pavilyonu təqdim olunub.
Diplomat həmçinin Azərbaycanda, o cümlədən Qarabağda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələrinə toxunaraq, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqini, rəqəmsal infrastrukturun, enerji səmərəliliyinin və ekoloji monitorinq sistemlərinin inkişafını qeyd edib.
13:58 / 11 Noyabr 2026
7
13:54 / 11 Noyabr 2026
58
13:48 / 11 Noyabr 2026
47
13:44 / 11 Noyabr 2026
93
13:41 / 11 Noyabr 2026
49
13:33 / 11 Noyabr 2026
152
13:27 / 11 Noyabr 2026
92
13:19 / 11 Noyabr 2026
66
13:13 / 11 Noyabr 2026
72
12:57 / 11 Noyabr 2026
128
12:54 / 11 Noyabr 2026
126
12:48 / 11 Noyabr 2026
102
12:44 / 11 Noyabr 2026
147
12:35 / 11 Noyabr 2026
235
12:32 / 11 Noyabr 2026
106
12:29 / 11 Noyabr 2026
90
12:24 / 11 Noyabr 2026
667
12:19 / 11 Noyabr 2026
506
12:15 / 11 Noyabr 2026
106
12:09 / 11 Noyabr 2026
98
11:57 / 11 Noyabr 2026
726
11:50 / 11 Noyabr 2026
161
11:49 / 11 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.