Kim Çen In İlham Əliyevə məktub göndərib
22 May 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
96
22.05.2026, 12:35
Avropa Parlamentinin bir qrup deputatı Avroparlamentin Azərbaycanla bağlı fəaliyyətini tənqid edib.
Oxu24.com xəbər verir ki, dünən Avropa Parlamentinin plenar sessiyasında Azərbaycan Milli Məclisinin AP ilə əlaqələri dayandırması, eyni zamanda, Avronestdə üzvlüyə xitam verilməsi məsələsi müzakirə olunub.
Avropa Parlamentinin üzvü Anjelin Füre Azərbaycanın addımını Avropa İttifaqına qarşı “strateji mesaj” kimi qiymətləndirib. Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşması regionda etimad böhranı yaradıb. Belə ki, Brüssel bir tərəfdən enerji təhlükəsizliyi və qaz tədarükü ilə bağlı Bakı ilə əməkdaşlıq etməyə çalışsa da, digər tərəfdən qəbul olunan bəzi qətnamələr regionda vəziyyətin həllinə töhfə verməyib.
Avropalı deputat Aİ-ni siyasi və mənəvi təzyiq göstərməyə çalışmaqda ittiham edib. Onun fikrincə, bu yanaşma nəticəsində Avropa İttifaqı regionda nüfuzunu gücləndirmək əvəzinə “geosiyasi boşluq” yaradıb.
Anjelin Füre deyib ki, yaranmış vəziyyətdə digər güclər daha fəal rol almağa başlayıb. O, xüsusilə ABŞ administrasiyasının irəli sürdüyü “Sülh və Beynəlxalq Rifah naminə Tramp” təşəbbüsünü “realist geosiyasi yanaşmanın nümunəsi” adlandırıb.
Deputatın fikrincə, Vaşinqtonun təşəbbüsü Azərbaycan və Ermənistanın prioritetlərini uzlaşdıran tranzit dəhlizinin formalaşdırılmasına yönəlib.
Avropa Parlamentinin üzvü Avropa İttifaqının Cənubi Qafqaz siyasətini sərt tənqid edərək Brüsselin regionda geosiyasi proseslərdən kənarda qaldığını diqqətə çatdırıb.
Füre vurğulayıb ki, ABŞ-ın dəstəklədiyi yeni tranzit dəhlizi artıq regionda “yeni strateji yol” yaradıb və bu model hətta sərhəd məsələlərinə həssas yanaşan İran tərəfindən belə qəbul edilə biləcək səviyyəyə çatıb. Onun fikrincə, bu marşrut “dinc xarakter daşıyır” və əsasən Amerika kapitalının təsiri altında formalaşır.
Avropalı deputat hesab edir ki, Avropa İttifaqı geoiqtisadi baxımdan regiondan təcrid olunub və Mərkəzi Asiyanın yeni geosiyasi arxitekturası Avropanın iştirakı olmadan qurulur. O vurğulayıb ki, Avropanın irəli sürdüyü təşəbbüslər artıq “gecikmiş reaksiya” təsiri bağışlayır.
Anjelin Füre çıxışında Avropa Komissiyasının diplomatik fəaliyyətini də tənqid edib. O qeyd edib ki, diplomatiya Avropa Komissiyasının deyil, üzv dövlətlərin səlahiyyətində olmalıdır. Deputat Brüsseli “bəyanat diplomatiyası” aparmaqda və digər ölkələrə siyasi-mənəvi dərs verməyə çalışmaqda günahlandırıb. Avropa İttifaqı dünyada dəyişən siyasi reallıqları qəbul etmələ və “real siyasətə” qayıtmalıdır.
Avropa Parlamentinin deputatı Kristian Terheş Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını ciddi siyasi siqnal kimi qiymətləndirib və bunun Brüsselin Cənubi Qafqaz siyasətində yol verilmiş səhvlərin nəticəsi olduğunu bildirib.
Terheş qeyd edib ki, Avropa Parlamentinin Ermənistanla bağlı 2026-cı ilin aprelində qəbul etdiyi qətnamə Azərbaycanı hədəf alan “lazımsız və qeyri-uyğun” yanaşmaya səbəb olub. Onun sözlərinə görə, bu cür addımlar regionda sülh prosesinə töhfə vermək əvəzinə gərginliyi artırır.
O bəyan edib ki, Azərbaycanla Ermənistan son illərdə sülh və əməkdaşlıq istiqamətində addımlar atır və Avropa İttifaqının bu prosesə daha balanslı yanaşması vacibdir. Deputatın fikrincə, davam edən “ideoloji qınama siyasəti” xarici siyasət baxımından səmərəsizdir.
Kristen Terheş, həmçinin Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyada təsir imkanlarını itirə biləcəyi barədə xəbərdarlıq edib. O vurğulayıb ki, Azərbaycan Avropa üçün enerji təhlükəsizliyi və regional bağlantılar baxımından strateji tərəfdaşdır.
Çıxışda Azərbaycan Rusiyadan enerji asılılığının azalmasında və Ukraynaya göstərilən humanitar yardımlarda mühüm rol oynayan ölkə kimi təqdim olunub. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizlə Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas tranzit qapılarından biri olduğu qeyd edilib.
Terheş Avropa Parlamentini “realist və qarşılıqlı hörmətə əsaslanan diplomatiyaya” qayıtmağa çağırıb və Azərbaycanla dialoqun bərpasını dəstəkləyib.
Digər avroparlamentari Sergey Laqodinski Azərbaycanın Avropa Parlamenti və Avronestlə əlaqələri dayandırmaq qərarını təəssüflə qarşıladığını deyib. Onun sözlərinə görə, parlamentlərarası dialoq vacib platformadır və çətin məsələlərin açıq müzakirəsi üçün yeganə real imkanlardan biridir.
Laqodinski qeyd edib ki, Azərbaycan Avronest və regional əməkdaşlıq formatlarında iştirak etməklə Cənubi Qafqaz, Qara dəniz strategiyası, enerji və rəqəmsal infrastruktur kimi sahələrdə mühüm rol oynaya bilər.
Avroparlamentari Tomasz Froelich isə daha sərt tonda çıxış edərək, Avropa İttifaqının qlobal arenada zəiflədiyini və Azərbaycanın qərarının bu tendensiyanı göstərdiyini deyib.
O bildirib ki, Avropa “mənəvi üstünlük iddiası” ilə etibarlılığını itirir və enerji siyasətində real alternativlərə ehtiyac var. Avropalı deputatın fikrincə, Azərbaycan Avropa üçün strateji enerji tərəfdaşıdır və münasibətlərin pozulması Avropanın enerji təhlükəsizliyinə zərbə vura bilər.
O, selektiv yanaşmanı tənqid edərək, Avropanın daha praqmatik siyasət aparmalı olduğunu qeyd edib.
21:20 / 22 May 2026
1
20:55 / 22 May 2026
266
20:52 / 22 May 2026
47
20:38 / 22 May 2026
70
20:25 / 22 May 2026
87
20:23 / 22 May 2026
76
20:14 / 22 May 2026
649
20:07 / 22 May 2026
72
20:01 / 22 May 2026
73
19:49 / 22 May 2026
286
19:34 / 22 May 2026
472
19:30 / 22 May 2026
138
19:18 / 22 May 2026
218
19:09 / 22 May 2026
82
19:02 / 22 May 2026
113
18:53 / 22 May 2026
75
18:49 / 22 May 2026
577
18:32 / 22 May 2026
221
18:31 / 22 May 2026
109
18:30 / 22 May 2026
90
18:23 / 22 May 2026
94
18:04 / 22 May 2026
79
17:58 / 22 May 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.