Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-nin Komitəsində qəbul edilib
11 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
683
21.05.2026, 21:55
Qlobal demoqrafik strukturda böyük dəyişiklik gözlənilir.
Oxu24.com xəbər verir ki, mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər 65 yaş və üzəri əhalinin sayı gənc əhalini ötəcək və yaşlıların sayı 5 yaşdan kiçik uşaqların sayından iki dəfə çox olacaq.
Birləşmiş Millətlər Təşkilatının bu proqnozları dünya üzrə yaşlı əhali ilə bağlı siyasətlərin və sosial dəstək sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Xüsusilə Asiya və Avropa ölkələri yaşlanan əhali problemi ilə mübarizə aparmağa çalışır.
BMT-nin son hesablamalarına görə, dünya əhalisi 2030-cu ildə təxminən 8,5 milyarda, 2050-ci ildə isə 9,7 milyarda çatacaq. 2100-cü ildə isə bu rəqəmin 10,4 milyard olacağı proqnozlaşdırılır.
Məlumata görə, 2030-cu ildə qlobal miqyasda 65 yaş və üzəri insanların sayı 15-24 yaş arası gənclərin sayını keçəcək. Eyni zamanda yaşlı əhali 5 yaşdan aşağı uşaqların sayından iki dəfə çox olacaq.
Araşdırmalara əsasən, dünyada 65 yaş və üzəri insanların sayı 2050-ci ildə iki dəfədən çox artaraq 1,6 milyarda çatacaq. Bu baş verərsə, yaşlılar dünya əhalisinin 16 faizindən çoxunu təşkil edəcək.
BMT-nin 2023 Dünya Sosial Hesabatına görə, dünyanın ən yaşlı əhalisi Asiya və Avropada yaşayır. Əhalisinin 30 faizi 65 yaşdan yuxarı olan Yaponiya siyahıya başçılıq edir. İtaliya 23 faizlə ikinci yerdədir. Finlandiya, Portuqaliya və Yunanıstanda isə yaşlı əhalinin payı təxminən 22 faizdir.
Digər tərəfdən, Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi və Cənubi Koreyada yaşlı əhalinin payının gələcəkdə 40 faizə çataraq Yaponiyanı keçəcəyi düşünülür.
Mütəxəssislər bildirirlər ki, inkişaf etməkdə olan ölkələrdə əhalinin qocalması inkişaf etmiş ölkələrlə müqayisədə daha sürətlə gedir. 2050-ci ilə qədər yaşlı əhalinin böyük hissəsinin inkişaf etməkdə olan ölkələrdə yaşayacağı gözlənilir.
BMT yaşlı insanların ehtiyaclarına uyğun səhiyyə, sosial xidmət və baxım sistemlərinin gücləndirilməsinə çağırış edir. Xüsusilə demensiya kimi xəstəliklərdən əziyyət çəkən yaşlılara dəstəyin artırılmasının vacibliyi vurğulanır. (Musavat.com)
15:31 / 11 Noyabr 2026
1
15:27 / 11 Noyabr 2026
29
15:13 / 11 Noyabr 2026
56
15:07 / 11 Noyabr 2026
84
14:51 / 11 Noyabr 2026
92
14:43 / 11 Noyabr 2026
130
14:39 / 11 Noyabr 2026
128
14:36 / 11 Noyabr 2026
88
14:26 / 11 Noyabr 2026
209
14:13 / 11 Noyabr 2026
601
13:58 / 11 Noyabr 2026
262
13:54 / 11 Noyabr 2026
504
13:48 / 11 Noyabr 2026
144
13:44 / 11 Noyabr 2026
192
13:41 / 11 Noyabr 2026
105
13:33 / 11 Noyabr 2026
252
13:27 / 11 Noyabr 2026
169
13:19 / 11 Noyabr 2026
100
13:13 / 11 Noyabr 2026
106
12:57 / 11 Noyabr 2026
172
12:54 / 11 Noyabr 2026
178
12:48 / 11 Noyabr 2026
132
12:44 / 11 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.