İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur
15 Noyabr 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
726
27.11.2025, 16:09
Ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb.
Bu barədə Oxu24.com-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun icrasını dəstəkləyəcək yeni Əməkdaşlıq Proqramının imzalanması müzakirə edilib, bu sənədin hüquqi əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyi bildirilib.
Azərbaycan tərəfi ədliyyə sistemində rəqəmsallaşma və süni intellektin tətbiqinin genişləndirilməsi, xidmətlərin operativliyi və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs edib və bu sahədə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə edib.
Ölkələr arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Fərid Əhmədov, həmçinin BƏƏ-nin Baş nazirinin müavini və daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə də görüş keçirib.
Görüş çərçivəsində tərəflər arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı ekstradisiyanın həyata keçirilməsi istiqamətində faydalı əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
21:07 / 15 Noyabr 2026
282
20:58 / 15 Noyabr 2026
237
20:55 / 15 Noyabr 2026
83
20:44 / 15 Noyabr 2026
162
20:39 / 15 Noyabr 2026
85
20:30 / 15 Noyabr 2026
104
20:09 / 15 Noyabr 2026
309
19:51 / 15 Noyabr 2026
340
19:37 / 15 Noyabr 2026
113
19:17 / 15 Noyabr 2026
123
19:09 / 15 Noyabr 2026
114
18:40 / 15 Noyabr 2026
131
18:05 / 15 Noyabr 2026
144
17:53 / 15 Noyabr 2026
1913
17:43 / 15 Noyabr 2026
771
17:16 / 15 Noyabr 2026
653
17:12 / 15 Noyabr 2026
3719
17:09 / 15 Noyabr 2026
122
15:50 / 15 Noyabr 2026
133
15:25 / 15 Noyabr 2026
170
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
424
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.