Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1203
01.12.2025, 12:50
Tərtər Rayon Mərkəzi Xəstəxanasında həkim çatışmazlığı ciddi problemə çevrilib.
Oxu24.com xəbər verir ki,müasir tibbi avadanlıqlarla təchiz olunmasına baxmayaraq, Tərtər Rayon Mərkəzi Xəstəxanasında həkim çatışmazlığı səbəbindən ağır yaralıların əməliyyat olunması mümkün deyil. Bu isə rayon sakinlərini digər bölgələrə üz tutmağa məcbur edir.
121 çarpayılıq Tərtər Mərkəzi Rayon Xəstəxanası 2012-ci ildə əsaslı təmir edilərək istifadəyə verilib.
Lakin xəstəxanada ixtisaslaşmış həkimlərin olmaması səbəbindən yalnız ilkin tibbi yardım göstərilir.
Daha ciddi müdaxilə tələb edən xəstələr isə məcburi şəkildə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilir.
Oxu24.com-a danışan sakinlərin sözlərinə görə, bu hal həm əlavə vaxt itkisinə, həm də xərclərin artmasına səbəb olur.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, onlara müraciət edənlərin sayı ildən-ilə artır. Bu artımın əsas səbəbi kimi isə Tərtərdə yaşanan həkim çatışmazlığı göstərilir.
Məsələ ilə bağlı TƏBİB-dən verilən açıqlamada qeyd olunub ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasına zəruri ixtisaslar üzrə həkimlərin cəlb edilməsi istiqamətində işlər aparılır. Hazırda xəstəxananın ən çox ehtiyac duyduğu mütəxəssislər sırasında müxtəlif sahələr üzrə cərrahlar, travmatoloq, uroloq, qastroenteroloq, kardioloq, hepatoloq, neyrocərrah, onkoloq, şüa diaqnostika (rentgen) üzrə həkim, nevropatoloq, pulmonoloq və anestezioloq yer alır.
Sakinlər isə illərdir davam edən bu problemin qısa zamanda həllini gözləyir.
Hazırladı: Nigarxanım
20:09 / 15 Noyabr 2026
21
19:51 / 15 Noyabr 2026
134
19:37 / 15 Noyabr 2026
63
19:17 / 15 Noyabr 2026
70
19:09 / 15 Noyabr 2026
73
18:40 / 15 Noyabr 2026
86
18:05 / 15 Noyabr 2026
127
17:53 / 15 Noyabr 2026
1529
17:43 / 15 Noyabr 2026
679
17:16 / 15 Noyabr 2026
557
17:12 / 15 Noyabr 2026
2895
17:09 / 15 Noyabr 2026
106
15:50 / 15 Noyabr 2026
124
15:25 / 15 Noyabr 2026
156
15:15 / 15 Noyabr 2026
143
14:47 / 15 Noyabr 2026
202
14:34 / 15 Noyabr 2026
397
14:25 / 15 Noyabr 2026
164
14:19 / 15 Noyabr 2026
139
14:02 / 15 Noyabr 2026
544
13:27 / 15 Noyabr 2026
407
12:55 / 15 Noyabr 2026
1840
12:36 / 15 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.