Qaynar xətt:

(+99450) 247 90 86

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

MÜSAHİBƏ

1593

06.04.2018, 18:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  \"\" Tədris ilinin sonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.
Bu barədə Təhsil Nazirliyindən Oxu24.com un sorğusuna cavab olaraq bildirilib. Nazirlikdən qeyd olunub ki, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 150 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.