"Dinimizdə ölmüş birinin süni intellektlə "dirilməsi" necə qaşılanır?"- İlahiyyatçı alimdən AÇIQLAMA
12 Fevral 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
195
13.02.2026, 15:03
ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin əvvəl Ermənistana,ardınca isə Azərbaycana səfərlərindən sonra qonşu dövlətlərin münasibətləri maraq doğurur. Xüsusən, Rusiyanın bu səfərə münasibəti gözlənilən idi. KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukovun Qərb ölkələrinin Cənubi Qafqaz regionunda təsirlərini gücləndirməsinə çalışmasından naratlığını biruzə verdi. O narahatçılığını belə biruzə verdi:” "Köhnə, həll olunmamış ziddiyyətlərin və yeni geosiyasi çətinliklərin kombinasiyası ilə xarakterizə olunan Qafqaz regionundakı vəziyyət xüsusilə narahatlıq doğurur”.
Oxu24.com -un bu mövzuda suallarını politoloq Aydın Quliyev cavablandırıb.
Aydın müəllim, rusiyalı general – polkovnikin bu fikirləri nəyə yönəlib?
-ABŞ-ın vitse-prezidentinin bölgə səfərinin Rusiyada narahatlıq yaratması təbii bir haldır.Çünki Rusiyada yaxşı başa düşürlər ki, prezident səviyyəsində bu bölgəyə təşkil olunmuş səfər bütün hallarda bölgədəki reallıqların geosiyasi balansını ABŞ-ın xeyrinə dəyişmək cəhdindən başqa bir şey deyil. Bu da Rusiyaya qəti şəkildə sərf edə bilməz.
Bəs Cənubi Qafqaz ölkələrinin Rusiyaya meyilliyi nə dərəcədədir?
- Birinci Gürcüstanı analiz edək: - Gürcüstan indi xeyli dərəcədə Rusiyaya loyal münasibət bəsləsə də, amma ölkənin siyasi qüvvələrinin, xüsusilə də, cəmiyyətin böyük bir hissəsində antirusiya əhval -ruhiyyəsi var və Qərb yönümlüdür. Rusiya başa düşür ki, Gürcüstan istənilən vaxt onun əlindən çıxa bilər.
- 2008-ci il işğalından sonra bu variant Gürcüstan üçün keçərlidir.Rusiyaya qarşı ölkədə pataloji bir nifrət olması heç kimə, hətta Rusiyaya da sirr deyil.
Həmçinin oxuyun
Bəs, bu aspekdən Rusiyanın Ermənistanla münasibəti necədir?
-Ermənistan artıq rəsmi dövlət səviyyəsində və hətta ictimaiyyətin də mühüm bir hissəsinin dəstəyi ilə Qərb yönümlü siyasət götürdüyünü sərgiləyib. Amma Rusiyanın əvvəlki illərdə Ermənistanla hər bir sahədə sıx münasibətdə olması Ermənistana təsir göstərmək üçün Rusiyaya xeyli rıçaqlar verib. Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olması təzyiqin bir vasitəsi ola bilər. Ermənistanın Türkiyə və İranla sərhədlərində Rusiya sərhədçilərinin mövcud olması, Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının yerləşməsi Rusiyanın Ermənistana təzyiqin başqa bir vasitələri ola bilər. Ermənistanın dəmir yollarının və enerji sisteminin Rusiya konsepsiyasında olması da, Rusiyaya şərait yaradır ki, bunlardan təzyiq kimi istifadə etsin.
Bakıdakı “Rus evi” məsələsindən və AZAL təyyarəsinin vurulmasından sonra əlbəttəki Rusiya Azərbaycana hansı münasibətdə olduğunu biruzə verdi. DUMA üzvlərinin “Bakını bombalayaq” təklifini də unutmuruq. Azərbaycanın müstəqil fəaliyyətidir Rusiyanı qəzəbləndirən?
-Azərbaycan əzəldən, son 25 il ərzində bir mənalı olaraq müstəqil və bütün dövlətlərlə balanslı bir siyasət aparır ki, bu da Rusiyanın o qədər də ürəyincə deyil. Belə şəraitdə Amerikanın,xüsusilə də, Azərbaycan - Ermənistan arasındakı normalaşma prosesinə aktiv dəstək verməsi Rusiyanın bu bölgədə olan- qalan geosiyasi üstünlüklərini də sıradan çıxardır. Buna görə də, Rusiyanın narahatlığı məhz bundan doğur. Amma Rusiya təbii ki, bu narahatlıqları aradan qaldırmaq üçün müəyyən addımlar atmağa çalışacaq, amma bu addımların sırasında qondarma “artsax” probleminin yenidən alovlandırılması ehtimalı, fikrimcə, sıfıra bərabərdir .Rusiyanın müəyyən dairələrində bu variant mümkün ola bilər.Rusiyada indi də elə qüvvələr var ki, keçmiş Dağlıq Qarabağdan könüllü köçüb Ermənistana getmiş insanlara Rusiyanın dövlət səviyyəsində humanitar yardımlar edir, İrəvanda onlara maddi dəstək verirlər. Düzdür, açıq şəkildə “artsax”oyununu siyasiləşdirə bilməsələr də, amma əldə ehtiyat bir kart kimi saxlayırlar. Yəni, bu kartı problemi keçmiş formada olduğu kimi separatçı müstəvidə yenidən aktivləşdirilməsi cəhdi ola bilsə də, amma bunun heç bir perspektivi yoxdu. Düşünürəm ki, Rusiya Azərbaycana və Ermənistana təziq üçün başqa vasitələr, başqa üsullar seçə bilərlər.
- Aydın müəllim suallarımıza ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik.
Söhbətləşdi:Əntiqə Rəşid
16:54 / 13 Fevral 2026
2
16:42 / 13 Fevral 2026
191
16:39 / 13 Fevral 2026
24
16:25 / 13 Fevral 2026
46
16:20 / 13 Fevral 2026
32
16:18 / 13 Fevral 2026
36
16:12 / 13 Fevral 2026
30
16:06 / 13 Fevral 2026
43
16:03 / 13 Fevral 2026
56
15:59 / 13 Fevral 2026
50
15:58 / 13 Fevral 2026
44
15:42 / 13 Fevral 2026
381
15:26 / 13 Fevral 2026
429
15:25 / 13 Fevral 2026
51
15:22 / 13 Fevral 2026
53
15:16 / 13 Fevral 2026
71
15:11 / 13 Fevral 2026
347
14:56 / 13 Fevral 2026
106
14:28 / 13 Fevral 2026
3664
14:09 / 13 Fevral 2026
71
14:05 / 13 Fevral 2026
74
13:49 / 13 Fevral 2026
71
13:45 / 13 Fevral 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.