Qaynar xətt:

(+99450) 247 90 86

Dəstəmaz alan zaman İmam Əli nə deyirdi?

2018-04/1523813319_destemaz_0257.jpg

MARAQLI

1735

15.04.2018, 21:29

\"\"  Bir gün İmam Əli (ə) oğlu Muhəmməd Hənəfiyyənin yanına gəlir və buyurur: \"Bir qab su gətir!\"
Muhəmməd suyu gətirir və Həzrət (ə) əllərini yuyub buyurur: \"Allahın adına təbərrük edirəm, Ondan yardım istəyirəm. Həmd Allaha məxsusdur ki, suyu pak və pak edən yaratmışdır\". Sonra suyu ağzında dolandırdı və buyurdu: \"Allahım! O gün ki, Səninlə görüşəcəyəm, hüccətimi mənə təlqin et və dilimi zikrin üçün aç\". Oxu24.com deyerler.org-a istinadən bildirir ki, sonra su ilə burnunu yudu və buyurdu: \"Allahım, behiştin iyini mənə haram etmə. Məni o kəslərdən qərar ver ki, behiştin ətrini hiss etsin\". Sonra üzünü yudu və buyurdu: \"Allahım! O gün ki, günahkarlar qaraüzlüdürlər, məni ağ üzlü et. O gün ki, salehlər üzü ağdırlar, üzümü qara etmə\". Sonra sağ əlini yudu və buyurdu: \"Allahım, əməl dəftərimi sağ əlimə və behiştdə əbədi qalmaq vərəqini sol əlimə ver. Məndən asan hesab götür\". Sonra sol əlini yudu və buyurdu: \"Allahım, əməl dəftərimi sol əlimə vermə, onu boynumdan asma. Mən atəş parçalarından Sənə pənah aparıram\". Bu zaman mübarək başına məsh çəkdi və buyurdu: \"Allahım, mənə rəhmət, bərəkət və əfv libasını geyindir\". Sonra iki ayaqlarına məsh çəkdi və buyurdu: \"Allahım, o gün ki, qədəmlərim onda titrəyəcəkdir, addımlarımı Siratda sabit və möhkəm et. Səylərimi o şeylərdə qərar ver ki, Sən məndən razı olasan!\"