3 milyonluq evi pulsuz verirlər - Bir şərtlə...
19 May 2026, 12:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
972
30.11.2025, 21:22
Oxu24.com tarixi şəxsiyyətlə bağlı maraqlı məlumatı təqdim edir:
Həsən ağa Bakıxanov 1833-cü ildə Qubada, Cəfərqulu ağa Bakıxanovun ailəsində doğulub.
14 yaşında Tiflis Kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini davam etdirmək üçün Peterburqdakı Paj korpusuna daxil olur.
Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək keçmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunub.
1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun təltif olunduğu orden və medallar qeydə alınıb.
O, 3-cü dərəcəli Müqəddəs Vladimir, üzərində "İgidliyə görə" yazısı olan 4-cü dərəcəli Müqəddəs Anna, 2-ci və 3-cü dərəcəli Müqəddəs Stanislav, 116 nömrəli 2-ci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində qızıl medalla, Müqəddəs hərbi Georgi ordeninin 100 illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877–1878-ci il müharibəsi xatirəsinə buraxılmış bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif olunub.
Bir müddət İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə Həsən ağa Bakıxanov həmin ölkənin ən ali ordeni olan "Şiri-Xurşid" ordeninə layiq görülüb.
1879-cu ildə general-mayor rütbəsində istefaya çıxan Həsən ağa ömrünün çoxunu Qubadakı şəxsi malikanəsində keçirib, dədə-baba torpaqlarını idarə etməklə məşğul olub, ömrünün son 3 ilini Bakıda yaşayıb.
1898-ci il noyabrın 28-də vəfat edən general Həsən ağa Bakıxanovu öz vəsiyyətinə görə Bibiheybət məqbərəsində atası Cəfərqulu ağanın yanında dəfn edilib.
Onu da qeyd edək ki, 1855-ci ildə Həsən ağa əmisi Abbasqulu ağa Bakıxanovun böyük qızı Ziba-Nisə bəyimlə (1831–1894) ailə qurub.
İkinci dəfə 1869-cu ildə digər əmisi, Hacı Qədir ağanın qızı Ümmü Sələmə ilə evlənib.
Onun Ümmü Sələmədən iki qızı dünyaya gəlib, Fatma xanım (1870-ci ildə doğulub) və Reyhanət xanım.Reyhanət xanım sonralar Adil xan Ziyadxanov ilə ailə qurub.
Bu evlilikdən Mahrux bəyim (Hüseynqulu xan Xoyskinin oğlu Zahid xan Xoyski ilə evlənib) də daxil olmaqla 5 qızları olub...
Müəllif: Tarixçi Namiq Həəsnov
23:34 / 19 May 2026
5
23:21 / 19 May 2026
58
23:12 / 19 May 2026
33
22:56 / 19 May 2026
83
22:46 / 19 May 2026
101
22:44 / 19 May 2026
181
22:26 / 19 May 2026
60
22:13 / 19 May 2026
61
21:58 / 19 May 2026
425
21:49 / 19 May 2026
60
21:35 / 19 May 2026
75
21:20 / 19 May 2026
67
21:09 / 19 May 2026
124
20:47 / 19 May 2026
79
20:47 / 19 May 2026
60
20:42 / 19 May 2026
69
20:38 / 19 May 2026
61
20:34 / 19 May 2026
63
20:31 / 19 May 2026
54
20:27 / 19 May 2026
119
20:24 / 19 May 2026
161
20:23 / 19 May 2026
120
20:12 / 19 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.