Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
4765
28.11.2025, 13:22
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sayca 13-cü Birinci katibi (1988–1990) olan Əbdürrəhman Vəzirovun siyasi fəaliyyəti haqqında müəyyən məlumatımız olsa da, onun ailəsi barədə çox az adamın bilgisi var.
Oxu24.com Vəzirovun ailəsi ilə bağlı qısa məlumatı təqdim edir:
Əslən şuşalı olan və 26 may 1930-cu ildə Bakıda doğulan Ə.Vəzirovun atası Xəlil Vəzirov Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir.
Soyadının Vəzirov olması da buradan qaynaqlanır.
Anası Tovuz Vəzirova isə Füzuli rayonunun (keçmiş Karyagin) Kommunist Partiyasının Birinci katibinin bacısı idi.
Ana tərəfdən babası isə Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında İrandan köçürülən ermənilərin məskunlaşmasına və yaşamasına şərait yaratmışdı, lakin, sonradan ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün Vəzirovun babası Füzulidə məskunlaşmalı olmuşdu.
İkinci Dünya müharibəsi illərində xəstə azyaşlı bacısını dərman çatışmazlığına görə itirib. Digər bacısı Bəyaz Vəzirova (Vaynşteyn) ixtisasca musiqi müəllimidir.
O, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945–1994) həyat yoldaşıdır. Onun oğlu Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteyndir.
Ə.Vəzirov milliyətcə rus olan İrina adlı qadınla evli olub. Onların Eldar adında bir oğlu, Aliyə və Xəlil adlarında iki nəvəsi var.
Ə.Vəzirov 2022-ci ilin yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib.
Ə.Vəzirov sağlığında etdiyi vəsiyyətinə əsasən Moskva şəhərinin Troekurov qəbiristanlığında mərhum həyat yoldaşı İrinanın məzarının yanında torpağa tapşırılıb...
Müəllif:Tarixçi Namiq Həsənov
21:07 / 15 Noyabr 2026
68
20:58 / 15 Noyabr 2026
124
20:55 / 15 Noyabr 2026
61
20:44 / 15 Noyabr 2026
123
20:39 / 15 Noyabr 2026
73
20:30 / 15 Noyabr 2026
87
20:09 / 15 Noyabr 2026
281
19:51 / 15 Noyabr 2026
308
19:37 / 15 Noyabr 2026
105
19:17 / 15 Noyabr 2026
116
19:09 / 15 Noyabr 2026
108
18:40 / 15 Noyabr 2026
123
18:05 / 15 Noyabr 2026
143
17:53 / 15 Noyabr 2026
1874
17:43 / 15 Noyabr 2026
758
17:16 / 15 Noyabr 2026
640
17:12 / 15 Noyabr 2026
3537
17:09 / 15 Noyabr 2026
119
15:50 / 15 Noyabr 2026
131
15:25 / 15 Noyabr 2026
167
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
422
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.