Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda DƏHŞƏLİ İNTİHAR CƏHDİ: 6 nəfər eyni anda...

2018-09/1536210524_intihar-bina-1.jpg

KRİMİNAL

1249

06.09.2018, 09:08

\"\" Bakıda 6 nəfərin intihara cəhdinin qarşısı alınıb. Oxu24.com FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdiriblər.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar. Əməliyyat başa çatıb.